Dövlət Gömrük Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 31-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbul zamanı Şəmkir, Gədəbəy və Samux rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Müraciətlərin əksəriyyəti işə qəbul və digər məsələlərlə bağlı olub.

Komitənin sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb.

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara çatdırılmaq üçün nəzarətə götürülüb.

 

Azərbaycan.-2014.- 1 noyabr.-  S.5.