Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə"ni  "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 2, maddə 104, ¹ 10, maddə 1159) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə"nin 3.1.11-ci yarımbəndində "əmlakına, habelə ətraf mühitə zərər" sözləri "dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşamühüm təhlükə yaradaya mühüm zərər" sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 2 noyabr.-  S.1.