2014-cü il
dekabrın 23-nə təyin edilmiş bələdiyyə
seçkilərində Böyük Quruluş Partiyasının səlahiyyətli
nümayəndələrinin qeydə alınması
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹ 6/38
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Böyük Quruluş Partiyası səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Mehdiyev Zaur Mehman oğlu
İsmayıllı Ləman Ramiz qızı
Şəfiyev Elşad Mais oğlu
Babayev Rəşad Aydın oğlu
Əhmədov Natiq Lütvəli oğlu
Babayev İlqar Faiq oğlu
Həsənova Leyla İbrahim qızı
Tanrıverdiyev Marif Şəmistan oğlu
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Cəbrayılov Xəqani Soltan oğlu
Göyüşov Namiq Ziyadxan oğlu
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2014.- 1 noyabr.- S. 7.