Prezident İlham Əliyev Fransa Milli
Assambleyasının üzvü
Jan-Fransua Manselin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3- də
Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın
Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Prezident
İlham Əliyev Azərbaycan ilə Fransa arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyini vurğuladı, yüksək səviyyədə
keçirilən görüşlərin, o cümlədən
Fransaya son səfəri zamanı Prezident Fransua Ollandla
keçirdiyi görüşün əlaqələrimizin daha
da möhkəmlənməsi baxımından önəmini
qeyd etdi.
Dövlətimizin
başçısı Fransada təsis olunmuş Azərbaycanın
Dostları Assosiasiyasının fəaliyyətinin ölkələrimiz
və xalqlarımız arasında əlaqələrin dərinləşməsi
işinə öz töhfəsini verəcəyinə
ümidvar olduğunu bildirdi.
Rəhbərlik
etdiyi qurumda Fransa cəmiyyətinin müxtəlif təbəqələrinin
nüfuzlu nümayəndələrinin birləşdiyini diqqətə
çatdıran Jan-Fransua Mansel Azərbaycan ilə Fransanın
bir-birini daha yaxından tanıması üçün səylərini
əsirgəməyəcəklərini dedi. Ölkələrimiz
arasında mövcud olan yüksək səviyyəli siyasi və
iqtisadi əlaqələrin bu işə öz müsbət təsirini
göstərəcəyinə ümidvar olduğunu qeyd edən
Jan-Fransua Mansel onlara göstərilən diqqət və
yüksək qonaqpərvərliyə görə minnətdarlığını
bildirdi.
Görüşdə
Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər,
parlamentlərarası əlaqələr, həmçinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 4 noyabr.- S.1.