Möhtəşəm musiqi ocağı

 

Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik şərəfli tarixinə diqqət etdikdə görürük ki,  təşkilat yarandığı gündən milli bəstəkarlıq məktəbimiz, ümumiyyətlə, musiqi mədəniyyətimizlə paralel inkişaf edib.

XX əsr Azərbaycan musiqi mədəniyyətinin tarixinə qızıl hərflərlə yazılmış əlamətdar hadisə olan Bəstəkarlar İttifaqının yaranmasında dahi Üzeyir bəy Hacıbəylinin böyük xidmətləri danılmazdır. Bu xidmətlər həm Bəstəkarlar İttifaqının strukturunda, həm də inkişaf yönümündə özünü göstərirdi. XX əsrin birinci yarısını, sözün əsl mənasında, Azərbaycan musiqi tarixinin Üzeyir bəy Hacıbəyli mərhələsi adlandıra bilərik.

Azərbaycan bəstəkarlarının ayrıca bir qurum kimi təşkilatlanmasında 23 aprel 1932-ci il tarixli "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" qərarı xüsusi əhəmiyyət kəsb edib. Üzeyir bəy Hacıbəylinin təşkilata sədrlik etməsi ittifaqın təşəkkülündə məqsədyönlü xarakter alıb və qısa zaman kəsiyində onun nüfuzu, fəaliyyət dairəsi genişlənib, sıraları gənc milli kadrlarla zənginləşib. 1937-ci il martın 10-da Azərbaycan Bəstəkarlar İttifaqının ümumi iclasında üç yaradıcılıq növü üzrə 34 nəfər üzv təsdiq olunub. Buraya 17 bəstəkar, 7 musiqi xadimi, 3 xalq improvizəçisi, 7 ifaçı daxil edilib.

1944-cü ildə Bəstəkarlar İttifaqında 21 nəfər həqiqi və 21 nəfər də gənclər qrupunun üzvləri - tələbə-bəstəkarlar S.Hacıbəyli, F.Əmirov, A.Rzayeva, Ş.Axundova, E.Nəzirova, A.Məmmədbəyli, Q.Hüseynli, H.Nəcəfova, A.Məşədibəyov və başqaları var idi. Seçilmiş yeni İdarə Heyəti ittifaqda cavan nəslin nüfuzmövqeyini, qüvvələr nisbətini aydın əks etdirirdi: Üzeyir bəy Hacıbəyli sədr, Q.QarayevB.Zeydman onun müavinləri, Ə.AbbasovA.Rzayeva İdarə Heyətinin üzvləri, C.Paşayev isə təşkilat katibi seçilmişdilər.  Eyni zamanda iki yaradıcılıq komissiyası təşkil olunmuşdu: akademik janrlar - simfoniya, opera, kameraxor musiqisi bir komissiyaya, kütləvi janrlar - mahnı, xalq çalğı alətləri üçün musiqi, hərbi-vətənpərvərlik musiqisi isə digər komissiyaya aid edilmişdi.

Ötən müddət ərzində bu musiqi ocağına  Üzeyir bəy Hacıbəyli, Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev rəhbərlik etmişdilər. Tofiq Quliyevin vəfatından sonra uzun müddət təşkilata rəhbərliyi ittifaqın o dövrdəki birinci katibi, xalq artisti Vasif Adıgözəlov öz üzərinə götürmüşdü.

Azərbaycan müstəqillik əldə edəndən sonra da Bəstəkarlar İttifaqı - peşəkar bəstəkar və musiqişünasların müstəqil ictimai yaradıcılıq təşkilatı olub, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunvericiliyinə və qəbul etdiyi Nizamnaməyə uyğun fəaliyyət göstərməyə başlayıb.

Bəstəkarlar İttifaqı öz fəaliyyətində Azərbaycan musiqi sənətinin yaradıcılıq çoxcəhətliliyini, milli musiqi klassikasının və dünya musiqi mədəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanılması və yeniləşdirilməsi prinsiplərini əsas götürüb.

Hazırda Bəstəkarlar İttifaqında 11 bölmə - "Simfonikxor musiqisi", "Kamera musiqisi", "Musiqili səhnə əsərləri", "Uşaq və gənclərin musiqi-estetik tərbiyəsi", "Musiqişünaslıq və tənqid", "Muğam və etnomusiqişünaslıq", "Mahnı", "Xalq çalğı alətləri üçün musiqi", "Gənclərlə ", "Televiziya, radiokino", "Caz musiqisi"  bölmələri fəaliyyət göstərir. Onlardan son ikisi yeni fəaliyyətə başlayıb.

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının 200-dən çox üzvü varonun  sıralarında ən müxtəlif nəsillər təmsil olunub. Hər yeni gələn nəsil özündən əvvəlki ənənələr üzərində yetişərək onları özünəməxsus surətdə davaminkişaf etdirir. Bəstəkarlar İttifaqının sıraları daim genişlənir, gənc bəstəkar və musiqişünaslar təşkilatın üzvü qəbul olunurlar. İttifaqın İdarə Heyəti istedadlı bəstəkar və musiqişünaslarla geniş yaradıcılıq işi aparır, onları istiqamətləndirir.

Azərbaycan Bəstəkarlar İttifaqı ölkəmizin musiqi həyatında şərəfli və layiqli yeri olan nüfuzlu bir təşkilatdır. Bütün nəsillərin bəstəkarlarını, musiqişünaslarını doğma ocaq kimi ətrafında birləşdirən bu qurum bütövlükdə fəaliyyəti və onun hər bir üzvünün yaradıcılığı musiqi mədəniyyətimizin yüksəlişinə xidmət edir. Keçirilən tədbirlərin musiqi həyatımızdakı əhəmiyyəti, mədəniyyət tariximizinmusiqi irsimizin  zənginləşdirilməsindəki rolu bunu deməyə əsas verir.

Hər il Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı və iştirakı ilə irimiqyaslı beynəlxalq musiqi festivallarından və simpoziumlardan tutmuş yığcam auditoriyanı əhatə edən müəllif konsertləri və təqdimatlar keçirilir.

Azərbaycan Bəstəkarlar İttifaqının tarixindən bəhs edərkən ulu öndər Heydər Əliyevin təşkilatımızın inkişafındakı əməyini xüsusi vurğulamaq istərdim. Bütün ömrünü öz millətinin xoşbəxtliyi üçün fəda edən ümummilli lider hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə incəsənət xadimlərinə, o cümlədən ittifaqımızın üzvlərinə çox böyük diqqət və hörmətlə yanaşmışdır.

Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbər seçilərkən də, bu diyarın çiçəklənməsi və inkişaf etməsi üçün böyük qayğılarla üzləşərkən də mədəniyyətimizin və incəsənətimizin də inkişafını yaddan çıxarmamışdır. Sovet respublikaları ilə müqayisədə təkcə Azərbaycanda dövlət başçısının təşəbbüsü ilə filarmoniyada simfonik konsertlər təşkil olunmuş, dövlətin bütün rəsmiləri, ölkənin tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri bu tədbirlərdə iştirak etmişlər.

Məhz ümummilli liderin diqqət və qayğısı nəticəsində Azərbaycan bəstəkarlarının əsərləri böyük teatrların səhnələrində, əzəmətli konsert salonlarında tamaşaya qoyulmuş, musiqimiz təkcə SSRİ-də deyil, bütün dünyada tanıdılmışdır. Heydər Əliyev Azərbaycan sənətkarlarına, SSRİ-nin ən sanballı fəxri adlarının və mükafatlarının verilməsinə nail olmuşdur. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə üç böyük bəstəkarımız - Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi buna misaldır.

Bundan başqa, dünyasını dəyişən görkəmli bəstəkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev-muzeylərinin yaradılması, yubileylərinin təntənəli surətdə qeyd edilməsi, respublikamızın iri şəhərlərində küçə, məktəb, mədəniyyət ocaqlarına, musiqi kollektivlərinə onların adlarının verilməsi məhz bu dahi şəxsiyyətin fəaliyyəti ilə bağlıdır. Azərbaycan bəstəkar və musiqişünasları ən çətin dövrlərdə belə Heydər Əliyevə müraciət etmişbundan məmnunluq duymuşlar. Dərin razılıq hissi ilə etiraf etməliyik ki, böyük rəhbər həmişə sənətkarların yaradıcılıq işi ilə maraqlanmış, problemlərimizin operativ şəkildə həllini həyata keçirmişdir.

Elə onu demək kifayətdir ki, müstəqilliyimizin ilk illərində yaranmış sosial problemləri dövlət səviyyəsində müvəffəqiyyətlə həll edən ümummilli lider Heydər Əliyev yaradıcı ziyalıların, o cümlədən Azərbaycan Bəstəkarlar İttifaqının görkəmli üzvlərinin əməyini yüksək qiymətləndirmişdi. Ölkə rəhbərinin "Prezident mükafatı" və "Prezident təqaüdü" təsis etməsini incəsənətimizin inkişafı yolunda tarixi addım kimi dəyərləndirmək olar. Bu yüksək təqaüdlə təltif olunanlar sırasında Bəstəkarlar İttifaqının qocaman üzvləri də vardı.

Ulu öndərin ittifaqımızın üzvlərinə xüsusi qayğı ilə yanaşmasına dair çoxsaylı misallar göstərmək olar. Xarici ölkələrlə yaradıcılıq əlaqələrinin inkişafını daim diqqət mərkəzində saxlayan, görkəmli sənətkarları respublikamıza dəvət edən Heydər Əliyev bununla da təşkiltımızın beynəlxalq əlaqələrinin daha da genişlənməsinə şərait yaradırdı.

Heydər Əliyev həyatı boyu musiqinin və musiqiçilərin ən yaxın dostu, mənəvi himayədarı olmuşdur. Ulu öndərin bəstəkarların, ifaçıların, balet ustalarının, dirijorların, ustad xanəndələrin, aşıqların yubileylərinə dair sərəncamları, onlara ünvanladığı təbrik məktubları və səmimi ürək sözləri böyük rəhbərin sənətkar əməyinə, sənətkar şəxsiyyətinə, verdiyi qiymətin, bəslədiyi ehtiram və hörmətin əyani sübutudur. Bu diqqət ümumən Azərbaycan musiqi mədəniyyətinə, onun gələcək tərəqqisinə göstərilən qayğının təzahürü idi.

Digər önəmli fakt odur ki, işinin gərginliyinə baxmayaraq, ulu öndər Azərbaycan Bəstəkarlar İttifaqının müxtəlif tədbirlərində, müəllif və yubiley gecələrində, bəstəkarlarımızın yeni səhnə və konsert əsərlərinin premyeralarında iştirak edərək  səhnədə tamaşaya qoyulan, ifa olunan musiqi əsərləri haqqında dəyərli fikir və mülahizələrini söyləyərdi. Ulu öndər deyirdi: "Musiqini hər yerdə dinləyirlər, kəndli də, fəhlə də, zehni əmək adamı da, təqaüdçü də, uşaq da dinləyir, yaşından asılı olmayaraq, hamı dinləyir. Buna görə də insanların şüurunun yüksəlməsinə musiqinin təsirini artırmaq, mənəvi, estetik tərbiyə problemlərinin həllinə onun təsirini gücləndirmək, musiqinin geniş kütlələrə emosional təsirini qüvvətləndirmək sizin borcunuzdur. Bu, böyükeyni zamanda çox nəcib bir vəzifədir. Biz əmin olmaq istəyirik ki, ayrılıqda hər bir bəstəkar və birlikdə hamınız bütün yaradıcılıq fəaliyyətinizlə Azərbaycan musiqisini daha da inkişaf etdirməyə çalışacaqsınız..."

Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Bəstəklarlar İttifaqına, onun üzvlərinə daim diqqət və qayğısını əsigəmir.

Bəstəkarlar İttifaqının binasının əsaslı təmirdən sonra açılışında (2009-cu il 1 sentyabr) Prezident İlham Əliyevin və xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın iştirak etməsi musiqi ictimaiyyətinə ikiqat bayram sevinci yaşatmışdı. Əlamətdar hadisə münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərini təbrik edən Prezident İlham Əliyev milli klassik musiqi sənətimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulamışdır: "Bu, doğrudan da, böyük hadisədir. Biz tarixi ədaləti bərpa etdik. Təxminən 20 ildən sonra bəstəkarlar öz doğma evinə qayıdıblar. Bina, əlbəttə ki, çox böyük tarixi məna daşıyır. Siz qeyd etdiniz, Azərbaycanın dahi bəstəkarları və musiqi aləmində dünyamiqyaslı şöhrətə sahib olan insanlar bu binada yaşayıblar, çalışıblar, yaradıblar, burada konsertlər, qurultaylar keçirilibindi binaya yeni həyat verilir. Bina tam əsaslı təmir olunub. Xarici gözəlliyini saxlamaqla, əlbəttə ki, daxili dizayn ən müasir standartlara cavab verir. Əminəm ki, bəstəkarlar bu binada səmərəli işləyəcəklər, çalışacaqlar, yeni gözəl əsərlərini yaradacaqlar və Azərbaycanın musiqi sənətini daha sürətlə inkişaf etdirəcəklər".

Bu gün böyük fəxr hissi ilə qeyd etməliyəm ki, 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqınının VIII qurultayinda dahi Üzeyir bəyin bizə yadigar qoyduğu belə bir müqəddəs ocağa sədrlik etmək şərəfi mənə qismət oldu. Bir bəstəkar olaraq adımın Üzeyir bəy Hacıbəyli, Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev kimi dahi bəstəkarlarla bir sırada qeyd olunması mənim üçün böyük bir fəxrdir.

Son 7 ildə Azərbaycan Bəstəkarlar İttifaqının keçirdiyi tədbirlərin siyahısına diqqət yetirdikdə həm ölkə, həm də beynəlxalq səviyyəli neçə-neçə tədbirləri xatırlamış olarıq. Bunlarınsa sayı, həqiqətən, olduqca çoxdur.

Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyəti cəmiyyətin ictimai-siyasi həyatı ilə sıx bağlıdır və ölkəmizdə baş verən bütün hadisələrdə bəstəkar və musiqişünaslar xüsusi fəallıq göstərir, vətəndaşlıq mövqelərini nümayiş etdirirlər. Bu səbəbdəndir ki, hər il ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən müxtəlif tədbirlər, konsertlər və konfranslar təşkil olunur. Artıq neçə illərdir ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən çoxsaylı beynəlxalq musiqi festivalları keçirilir. Mütəmadi olaraq təşkil edilən "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı, Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Mstislav Rostropoviç adına və digər beynəlxalq musiqi festivalları dünyanın bir çox ölkələrindən musiqisevərlərin diqqətini Azərbaycana çəkir, eyni zamanda milli mədəniyyətimizin dünyada tanıdılmasında böyük rol oynayır.

Ötən ilin aprelində Ukraynada təntənəli şəkildə Azərbaycan musiqisi günləri keçirildi. Bəstəkarlar, musiqişünaslarmusiqi ifaçılarından ibarət 18 nəfərlik böyük bir nümayəndə heyəti Kiyevdə olan tədbirlərdə iştirak etdi. Bu, sovet dönəmindən sonra Azərbaycan bəstəkarlıq məktəbinin geniş şəkildə ilk tədbiri idi. Ukraynalı musiqisevərlərə Azərbaycan musiqi mədəniyyətinin geniş panoramını təmsil edən bir proqram təqdim olunmuşdur. Konsert proqramlarında Üzeyir bəy Hacıbəylidən başlayaraq Qara Qarayevin, Fikrət Əmirovun, Firəngiz Əlizadənin, Ağadadaş Dadaşovun, Sərdar Fərəcovun, Rauf Əliyevin, Azər Dadaşovun, Aliyə Məmmədovanın və başqa bəstəkarların, bugünkü gənc bəstəkarlara kimi nəsillərin varisliyini nümayiş etdirən əsərləri öz əksini tapmışdı.

Hər il olduğu kimi, bu ilyay aylarında Azərbaycan Bəstəkarlar İttifaqının "İpək yolu" Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə əlamətdar oldu. Bu festival Bəstəkarlar İttifaqı ilə birgə Şəki İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirildi. Festivalın əsas məramı ilə bağlı olaraq, konsertlərin açıq havada, tarixi abidələr fonunda səsləndirilməsi tarixlə müasir dövrün vəhdətini üzə çıxarırdı.

Dövlətimizin gənclərlə bağlı siyasətini dəstəkləyərək ittifaqımız gənc bəstəkar və musiqişünasların yaradıcılığına da xüsusi diqqət yetirir.

Bu gün Azərbaycan musiqisi durmadan inkişaf edir, sərhədlərini, miqyasını genişləndirir. Bu prosesdə bəstəkar və musiqişünasların fəaliyyətinin koordinasiya olunması ilə yanaşı, həm də onların bir məqsədə - Azərbaycan mədəniyyətinin yüksəlişinə yönəldilməsini təmin edən bir yaradıcılıq təşkilatı kimi ittifaqımızın üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Onun üzvlərinin yaradıcı fəaliyyəti bilavasitə cəmiyyətimizə, xalqımıza ünvanlanmışdır. Azərbaycançılıq ideyalarının dünyada yayılmasına xidmət edən işləri ilə Bəstəkarlar İttifaqı həmişə öndədir və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük sənət uğurları ilə qarşılayır. Bütün bunlar Azərbaycan musiqisinin təntənəsi kimi bizi çox fərəhləndirir.

 

Firəngiz ƏLİZADƏ,

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor

 

Azərbaycan. - 2014.- 2 noyabr.-  S.6.