«2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası»nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,  Azərbaycan Respublikasında pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədi ilə  qərara alıram:

1. "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı  sisteminin islahatı Konsepsiyası"  təsdiq edilsin (əlavə olunur).

2.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. bu sərəncamın 1-ci hissəsində qeyd olunan Konsepsiyanın yerinə yetirilməsinə nəzarəti həyata keçirsinbu barədə  mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 4 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 5 noyabr.- S.2.