Azərbaycan-Çin əlaqələrinin
inkişafında hakim partiyaların
dostluq münasibətləri
mühüm rol oynayır
Noyabrın
4-də Azərbaycan Respublikası Baş nazirinin müavini,
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi
Əli Əhmədov Ümumçin Siyasi Məşvərət
Şurasının sədr müavini, Çin Xalq
Respublikasının Sülh və Tərksilah Cəmiyyətinin
sədr müavini Ma Biao ilə görüşüb.
AzərTAc
xəbər verir ki, Əli Əhmədov Çinin yüksək
səviyyəli nümayəndə heyətinin Azərbaycana səfər
etməsinin ölkələrimiz arasındakı münasibətlərin
inkişafına töhfə verəcəyini deyib. Baş
nazirin müavini Azərbaycanın xarici siyasətində
Çin ilə əlaqələrin inkişafının
önəmli yer tutduğunu vurğulayıb.
Əli
Əhmədov qeyd edib ki, ölkələrimizin əlaqələrinin
möhkəmlənməsinə Yeni Azərbaycan Partiyası və
Çin Kommunist Partiyası arasındakı dostluq münasibətləri
də öz töhfəsini verir. Hər iki ölkənin hakim
partiyalarının münasibətləri Azərbaycan-Çin
əlaqələrinin gələcək inkişafında da
mühüm rol oynayacaq.
M.Biao
Azərbaycan-Çin əlaqələrinin tarixinin çox qədim
zamanlara gedib çıxdığını,
qarşılıqlı səfərlərin, keçirilən
görüşlərin iki ölkə arasında münasibətlərin
daha da dərinləşməsinə imkan
yaratdığını söyləyib. O, Çinin və Azərbaycanın
yaxşı dost və etibarlı tərəfdaş
olduqlarını, ikitərəfli siyasi, iqtisadi, mədəni əlaqələrin
inkişaf etdiyini bildirib.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2014.- 5 noyabr.- S.3.