Azərbaycan Prezidenti İlham Əliyev Böyük
Britaniyanın
Avropa məsələləri üzrə
nazirini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də
Böyük Britaniyanın Avropa məsələləri
üzrə naziri Devid Lidinqtonu qəbul edib.
Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla vurğuladı.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə olduğu bildirildi, iqtisadi əməkdaşlıq sahəsində energetikanın prioritet təşkil etdiyi vurğulanaraq bu istiqamətdə Böyük Britaniyanın bp şirkətinin Azərbaycanın əsas tərəfdaşı olduğu qeyd edildi, mühüm infrastruktur layihələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli yolları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə
edildi.
Azərbaycan.-2014.- 6 noyabr.- S.1.