«Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 477; 2008, ¹ 10, maddə 886; 2009, ¹ 12, maddə 966; 2010, ¹ 10, maddə 837; 2011, ¹ 3, maddə 162; 2013, ¹ 5, maddə 475, ¹ 12 maddə 1505) 3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. "Məcəlləsindən" sözündən sonra

", Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən" sözləri əlavə edilsin.

2. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar" sözləri "Pasportlar" sözü ilə əvəz edilsin.

3. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında", "İmmiqrasiya haqqında"," sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 17 oktyabr 2014-cü il

Azərbaycan.-2014.- 6 noyabr.- S.1.