Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti

 Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 838; Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 988-IVQD nömrəli və 27 iyun tarixli 1014-IVQD nömrəli qanunları) 55.3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

"Bununla bağlı xərclər "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ödənilir.";

2. üçüncü cümlə çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 30 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 6 noyabr.- S.1.