Dünya Bankının rəsmisi ASK-nın prezidenti ilə görüşüb

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  prezidenti Məmməd Musayev  Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Regional vitse-prezidenti xanım Laura Tak ilə görüşündə Azərbaycanda sahibkarlığın inkişafı, adamlarına yaradılan imkan və şəraitlə bağlı  fikirlərini  bölüşüblər. Görüşdə ölkəmizin özəl sektorunu təmsil edən bir neçə adamları da iştirak  ediblər.

ASK-nın prezidenti Məmməd Musayev Konfederasiyanın fəaliyyəti, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planları barədə  geniş məlumat verib. Görüşdə qonağın diqqətinə çatdırılıb ki, Azərbaycan Sahibkarlar Konfederasiyası Beynəlxalq İşəgötürənlər Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı ilə mütəmadi  əməkdaşlıqla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasında da ölkəmizi  ləyaqətlə təmsil edir. M.Musayev onu da qeyd edib ki, konfederasiya sahibkarlığın inkişafına dəstək verməklə yanaşı, həm də hökumətlə  özəl sektor arasında əlaqələrin yaranmasında bir növ vasitəçi rolunu oynayır. Bu il iyul ayında partnyorlar arasında  2 illik Baş Kollektiv Saziş imzalanıb. Daima öhdəliklərimizin yerinə yetirilməsi üçün aparılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası birgə  3 tərəfli  Sosial Şuranın yaradılması istiqamətində  müvafiq tədbirlər görür.

M.Musayev ölkədə gender bərabərliyi məsələsinə  xüsusi diqqət yetirildiyini, özəl sektorda da bu sahədə  önəmli addımlar atıldığını dilə gətirib. Bildirib ki,  Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların  sayı  durmadan artır. ASK da öz növbəsində bu  işə xüsusi  diqqət yetirir. Belə ki, konfederasiyanın tərkibində "Qadın sahibkarlığın inkişafı" adlı komissiya fəaliyyət göstərir. Qadın sahibkarlar daima beynəlxalq aləmdə baş verən  yeniliklər barədə təlimatlandırılır, konfederasiya tərəfindən komissiya üzvlərinin  xarici ölkələrə səfərləri təşkil edilir.

Görüş zamanı adamları ölkəmizdə sahibkarlara yaradılan əlverişli  şəraitdən söhbət açıblar. Onlar bildiriblər ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində siyasət uğurla həyata keçirilir. Gələcəkdə isə  qeyri-neft sektorunun arzu olunan səviyyədə inkişafını təmin etmək məqsədilə özəl sektorda Dünya Bankının layihələrinə və dəstəyinə ehtiyac duyulur. Həmçinin qeyd olunub ki, ölkədə qadın sahibkarların sayının artması bu sahəyə marağı artırıb. Yeni fəaliyyətə başlayan qadın sahibkarların müasir təlimlərə  ehtiyacı var. Dünya Bankı bu sahədə Azərbaycan Sahibkarlar Konfederasiyasının nəzdində fəaliyyət göstərən "Qadın sahibkarlığın inkişafı üzrə"  komissiyanın üzvlərinə kömək etməyə qadirdir.

Görüşdə  azərbaycanlı adamları sahibkarlıq sektorunun üzləşdiyi bəzi problemlərdən də söhbət açdılar. Bildirdilər ki, korporativ idarə etmə standartları və maliyyə hesabatlarının düzgün hazırlanmasında müəyyən tədbirlərin  görülməsinə də ehtiyac duyulur. Sahibkarlar bu sahədə Azərbaycan hökumətinin xeyli gördüyünü, zəruri maarifləndirici materialların paylandığını təqdirəlayiq hal hesab etdilər. Azərbaycanda özəl sektorun inkişafı istiqamətində yeni texnikaların birbaşa alınıb ölkəmizə gətirilməsində maraqlı olduqlarını, mövcud problemlərin  həllinə kömək olunacağına  ümid etdiklərini dilə gətiriblər. O cümlədən ASK-nın tərkibində fəaliyyət göstərən komissiyalar tərəfindən təklif edilən layihələrin həyata keçirilməsi məqsədilə maliyyə dəstəyinə ehtiyac yarandığını istisna etməyiblər.

Görüşün sonunda ASK-nın prezidenti M.Musayev qonaqların diqqətinə bir daha çatdırıb ki, artıq Dünya Bankının maliyyə sektoru ilə yanaşı,  emal, nəqliyyat, xüsusilə də mikro maliyyə sahəsində əməkdaşlıq etməsi arzuolunandır.

Özəl sektor haqqında ətraflı məlumat alan Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Regional vitse-prezidenti xanım Laura Tak ASK-nın  gələcək fəaliyyətinə və adamlarına  uğurlar arzulayıb.

 

Günel Yusifqızı

 

Azərbaycan. - 2014.- 6 noyabr.- S. 7.