Estoniyalı tələbələrin Azərbaycan sevgisi

 

Estoniyaya gəlişimizin məqsədi ERASMUS proqramı əsasında Tartu şəhərindəki eyniadlı universitetdə dərs demək, tələbə və müəllimləri müasir Azərbaycan və Türkiyə ədəbiyyatı ilə tanış etmək, Avropa Birliyi ölkələrinə daxil olanbu birliyə üzvlüyə namizəd olan universitetlərin tələbə və müəllimləri arasında geniş elmi əlaqələr yaratmaqdır. Tartu Universiteti dünyanın ən qədim universitetlerinden biridir. Bu universitetin təməli 1632-ci ildə qoyulmuşdur. Universitetin çox sayda filialı, texnikumları, konservatoriyası, elmi-tədqiqat mərkəzi var. Hər il universitetə 4500 gənc qəbul olunur.

Universitetin nümayəndəsi professor Yuri Talvetin rəhbərliyi ilə tələbələr qarşısında "Kitabi-Dədə Qorqud" "Skandinaviya dastanları", "Azərbaycan-Amerika ədəbi əlaqələri", "Amerika ədəbiyyatında Hindular" mövzularında çıxışlar oldu. Dinləyiciləri ən çox maraqlandıran Sovetlər Birliyi dagılandan sonra Azərbaycan Türkiyə ədəbiyyatında müasir yazarların ideya istiqaməti idi.

Professor Yuri Talvet Rus filologiaysı kafedrasının müdiri professor Lyubov Kiselyovanın iştirakı ilə bu kafedranın müəllim tələbələri qarşısındakı çıxışımızda Azərbaycanın qədim tarixi, bugünkü inkişafı, Dağlıq Qarabag problemi s. mövzular haqqında danışdıq. Çıxışlar dinləyiciləri maraqlandırdı. Onlar da Azərbaycan haqqında bildiklərini, son illər qəzet jurnallardan oxuduqlarını bizə çatdırdılar. Gündəlik mətbuatdan, internetdən Azərbaycanı izlədiklərini dedilər. Bildirdilər ki, politoloqların, ekspertlərin dövlət başçılarının söyləmələrinə görə, son illər nail olunan iqtisadi tərəqqi həyata keçirilən genişmiqyaslı quruculuq sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlət kimi tanınır. Prezident İlham Əliyevin gördüyü tarixi işlərdən fərəhlə söhbət açan tələbələrin nikbin fikirləri hamıda xoş ovqat yaratdı. Estoniyalı müəllim tələbələr Azərbaycanı görmək istədiklərini bildirdilər. Dərsin sonunda kafedraya Azərbaycan Türkiyə bayraqlarını, üzərində Azərbaycanın maddi-mədəniyyət abidələrinin şəkli olan süvenirlər, Azərbaycan haqqında məlumat kitabı, respublikamızın görməli yerlərinin rəsmləri olan bukletlər hədiyyə etdik. Ölkəmizin tarixi abidələri, əsrarəngiz təbiət-mənzərə şəkilləri ilə tanış olan tələbələr Azərbaycanın təhsil ocaqlarını ölkədəki gözəlliyi daha yaxından görmək arzusunda olduqlarını bildirdilər.

Müasir Azərbaycan Türkiyə şairlərinin yaradıcılığındakı dünyəvi mövzular haqqında dərslərimiz maraqlı keçdi. Azərbaycan şairlərindən Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə, türkiyəli şairlərdən Feyzi Halıcı, Muharrem Kubat Abdullah Satoğlunun yaradıcılıgıdakı vətən, təbiət məhəbbət mövzusunda yazılmış şeirlərin fərqli oxşar cəhətlərindən danışdıq, fikir mübadiləsi etdik.

Tartu şəhərinin görməli yerlərində müzeylərində olduq. Bizim ən çox diqqətimizi çəkən şəhərdə orta əsrlərdə inşa edilmiş evlər - maddi mədəniyyət abidələri idi. Şəhərdə çoxlu konsert meydançaları, sərgi salonları, müzeylər, teatr binaları var. Şəhər dörd bir tərəfdən yamyaşıl meşə ilə əhatə olunub. Şəhərin ortasından Emayıgı adlı çay axır. Gəzinti zamanı orta əsrlərdə inşa edilən Böyük Kilsənin kitabxanasında olduq. Burada çox qədim zamanlardan qalan kitablar saxlanmaqdadır. Şəhərdə "Təhsil müzeyi" fəaliyyət göstərir. Ənənəyə görə bu şəhərdə yaşayan şair yazarlar qədim dəyərli əşyalarını, kitablarını təhsil müzeyinə hədiyyə edirlər, "Milli Təhlükəsizlik müzeyi"ndə vətənini azad görmək istəyən estonların işgəncə ilə öldürülməsinə dair sənədlərlə tanış olduq. Bu sənədlərin içində ən çox diqqətimizi çəkən yazar Aleksandr Soljenitsinlə bağlı idi. O, 1942-ci ildə kapitan rütbəsilə II Dünya müharibəsiniə getmişdir. Cəbhədən yazdığı məktublarda İosif Stalini tənqid etdiyi üçün həbs edilərək 8 il müddətinə azdlıqdan məhrum edilmişdir. Muharibə qurtardıqdan sonra Moskva yaxınlıgındakı cəza evinə göndərilən Soljenitsin 1950-ci ildə Ekibastusdakı xüsusi cəza evinə göndərilmiş, üç il burada qalmışdır.

Estoniyadan xoş təəssüratla ayrıldıq. Estoniyalı tələbələrdən Azərbaycana dünya boyda sevgi gətirdik.

Tamilla ƏLİYEVA,

filologiya elmləri doktoru

 

Azərbaycan. - 2014.- 6 noyabr.- S. 8.