Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

"Neft Daşları"nın 65 illiyi münasibətilə yatağın işlənməsində xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aşağıdakı işçiləri təltif edilsinlər:

 

"Şöhrət" ordeni ilə

Abduyev Əhəd Əhməd oğlu.

 

"Tərəqqi" medalı ilə

Ağayev İlqar Hilal oğlu

Əfəndiyev Eldar Musa oğlu

Hacıyev Məhərrəm Məmmədyar oğlu

Musayev Mirsədir Məmməd oğlu

Yaqubov Natik Alı oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 noyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 7 noyabr.- S. 1.