B.A.Ağarəhimova "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Neft Daşları"nın 65 illiyi münasibətilə yatağın işlənməsində xidmətlərinə görə Balamirzə Ağarəhim oğlu Ağarəhimova "Əməkdar mühəndis" fəxri adı verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 noyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 7 noyabr.- S.1.