Bir şəhər var addımlayır dalğaları yara-yara...

 

Bu gün Neft Daşlarının 65 yaşı tamam olur

 

Noyabrın 7-si Neft Daşlarının ad günüdür. Dünya üzrə açıq dənizdə neft ilk dəfə 65 il əvvəl burada çıxarılıb. Beləliklə, Azərbaycan tarixə dünyada dəniz erasının başlandığı məkan, Xəzər isə dibindən neft çıxarılan ilk dəniz kimi daxil olub.

Dənizin bu akvatoriyasında neftin varlığı barədə ilk mənbələr XVIII əsrin sonlarına təsadüf edir. Odur ki, burada XIX yüzillikdə XX əsrin birinci yarısında da tədqiqatlar aparılıb. Lakin bu neft rayonunun mütəmadi geoloji tədqiqatlarına 1945-ci ildə keçmiş SSRİ Elmlər Akademiyasının xüsusi ekspedisiyası tərəfindən başlanılıb. Ekspedisiyaya Azərbaycan geoloqu Ağaqurban Əliyev başçılıq edib.

Xəzərin fırtınalı qoynunda aparılan mürəkkəb gərgin axtarışlar dörd il çəkib. Nəticədə neft rayonunun geoloji xəritəsi hazırlanıb, sənaye üsulu ilə kəşfiyyatı planlaşdırılıb.

1948-ci ilin noyabr ayında qazılacaq ilk quyunun yeri müəyyənləşdirilib. 1949-cu ilin mart ayında inşaatçılar sərt qayaların üstündə ilk taxta evciyin quraşdırılmasını başa çatdırıblar.

Neft dənizin dibindən baş qaldırıb bir hissəsi suyun üzərində görünən qara daşlar yaxınlığında müşahidə olunduğundan buranı ilk vaxtlar "Qara daşlar" adlandırıblar. Böyük neft təşkilatçısı Sabit Orucovun, təcrübəli qazma mühəndisi Yusif Səfərovun kəşfiyyatçı geoloq Ağaqurban Əliyevin təklifi ilə Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş yeddi iri tonnajlı gəmi gətirilərək "Qara daşlar"ın yanında basdırılıb. Bundan sonra ərazi "Yeddi gəmi adası" adını alıb. Bu qeyri-adi ada Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrilib.

Sonralar rəsmi olaraq "Neft Daşları" adlandırılan yataqda ilk buruq 1949-cu ilin aprelində quraşdırılıb, birinci kəşfiyyat quyusu isə həmin ilin iyununda qazılmağa başlayıb. Noyabrın 7-də ilk quyu neft fontanı vurub. Həmin vaxtdan başlayaraq Neft Daşlarında fasiləsiz olaraq neft qaz hasil edilir. 1951-ci ildən burada estakada estakadayanı meydançalar tikilməyə başlayıb.

Bu gün Neft Daşlarında estakadaların uzunluğu 33 kilometrdir. Burada 85 estakadayanı meydança var. Neft eləcə estakadalardan aralıda yerləşən dərin dəniz özüllərində hasil edilir ki, bunların da sayı 14-dür.

Neft Daşları dünyada bənzəri olmayan bir şəhərdir. Buraya hər gün gəmilər yan alır, vertolyotlar eniş edir. O, Bakıdan 100, Pirallahı adasından 50, Çilov adasından isə 30 kilometrlik məsafədə yerləşir. Burada insanlar vaxt metodu ilə, yəni növbə ilə işləyirlər - hər ayın yarısını dənizdə olurlar, yarısını isə quruda, öz ev-eşiklərində keçirirlər.

"Neft Daşları" NQÇİ-nin mədənləri neft təsərrüfatı 60 kvadratkilometr ərazini əhatə edir. Neft Daşlarında - polad dayaqlar üstündə 5 9 mərtəbəli yataqxanaların, mədəniyyət evinin, muzeyin, tibb-sanitar hissəsinin s. tikilməsi, bir qarış torpağı belə olmayan məkanda park salınması, gül-çiçək əkilməsi onun "Möcüzə-şəhər", "Dünyanın səkkizinci möcüzəsi", "Möcüzələr adası" adlandırılmasına əsas verir.

Amma bütün bunlar əfsanə, möcüzə kimi görünsə , əsl reallıqdır. Hazırda burada bir növbə ərzində 2 min nəfərdən çox insan yaşayır işləyir. Bunlar "Neft Daşları"  NQÇİ-nin əməkçiləri, onlarca digər müəssisə təşkilatın nümayəndələri - qazmaçılar, inşaatçılar, geofiziklər, rabitəçilər, tibb işçiləri s. peşə sahibləridir.

Bu insanlar Xəzərin fırtınalı qoynunda, ekstremal şəraitdə işləyirlər. Dənizin isə bəzən amansız olduğu sirr deyil. Onun bu illər ərzində bəzi ömürləri yarımçıq qoyduğu da az olmayıb. Məsələn, 1957-ci il noyabrın 21-də gecə baş verən qasırğada iki briqadanın 21 nəfər üzvü həlak olub. Onların arasında vaxtilə Neft Daşlarında ilk quyunu qazan Mixail Kaveroçkin var idi.

Amma dənizin cazibə qüvvəsi böyük, Azərbaycan neftçisinin isə iradəsi yenilməzdir. Maraqlıdır ki, sonra Xəzərin qoynuna həmin o qəhrəmanların oğulları gəlib...

Bir sözlə, Neft Daşları sərt dalğalar qoynunda işləyən, çətinliklərə sinə gərən, yaşayan, hünər göstərən şəhərdir. Yaşa dolduqca cavanlaşan şəhər...

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 7 noyabr.- S.9.