S.Ə.Kəriminin «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə Siyavuş Əşrəf oğlu Kərimi "Şöhrət" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 noyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S. 1.