M.M.Həsənova və H.M.Məmmədova «Əməkdar mühəndis» fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə Məmməd Muxtar oğlu Həsənova və Hidayət Mahmud oğlu Məmmədova "Əməkdar mühəndis" fəxri adı verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 noyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.1.