Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Konsul Nizamnaməsi»ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ni Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 11, maddə 687; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 3, maddə 223; 2010, ¹ 11, maddə 936; 2013, ¹ 5, maddə 464) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 25-ci maddədə "daimi yaşayan və müvəqqəti olaraq" sözləri "müvəqqəti və ya daimi yaşamaq üçün" sözləri ilə əvəz edilsin.

2. 39-cu maddədən ", onların vaxtını uzatmaqverilmiş vizalarda dəyişikliklər etmək" sözləri çıxarılsın.

3. Aşağıdakı məzmunda 39-1-ci maddə əlavə edilsin:

"Maddə 39-1

Konsul xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarını qeydiyyatdan keçirir.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 oktyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.1.