«Valyuta tənzimi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 737; 2003, ¹ 1, maddə 1; 2006, ¹ 3, maddə 225; 2007, ¹ 6, maddə 562, ¹ 12, maddə 1216; 2009, ¹ 7, maddə 517; 2010, ¹ 4, maddə 276) 19-cu maddəsinin adından "vəzifəli şəxslərinin" sözləri çıxarılsın, 1-ci hissəsində "orqanlarının və agentlərinin vəzifəli şəxsləri bu orqanların səlahiyyətləri daxilində" sözləri "orqanları və agentləri" sözləri ilə əvəz edilsin.                                                                                            

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 9 noyabr.-  S.2.