«Bank olmayan kredit təşkilatları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 72; 2013, ¹ 7, maddə 789) 24.5-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

"24.5. Mərkəzi Bank BOKT-nin fəaliyyətini "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlayır.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.3.