Danimarka parlamentinin deputatlarına Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər danışılıb

 

Danimarka parlamentinin deputatlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər danışılıb.

Danimarka deputatlarının ölkədəki siyasi partiyaların, diaspor təşkilatlarının və KİV-lərin nümayəndələri ilə görüşü olub.

Deputatlar Naddem Farooq, Pernilla Skipperİda Auken görüş iştirakçılarına Danimarkanın qanunverici orqanının fəaliyyətindən ətraflı söz açıblar. Onlar Danimarkada fəaliyyət göstərən siyasi partiyalarbu ölkənin mənafelərinə toxunan qlobal proseslər barədə də məlumat veriblər.

Görüşdə “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqiiştirak edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının hələ də davam etməsindən, bu durumun beynəlxalq hüququ kobud şəkildə pozmasından danışıb. Cəmiyyətin başçısı BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etməsi barədə məlumat verərək deyib ki, Ermənistan həmin qətnamələrə məhəl qoymur. Bu səbəbdən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin salınan azərbaycanlıların hüquqları pozulur.

 

Rauf Əliyev

AzərTAc –ın xüsusi müxbiri

Stokholm

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.8.