İqtisadiyyatın inkişafı üçün qoyulan vəsaitlərdə daxili sərmayənin payı yüksəkdir

 

Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə iqtisadiyyatının müxtəlif sahələri ətraflı təhlil olunub, perspektivdə həll ediləsi  məsələlər barədə ətraflı danışılıb. Vurğulanıb ki, doqquz ayın nəticələri ölkə iqtisadiyyatı üçün uğurlu olub, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı davam edibyeni uğurlara imza atılıb.

Hesabat dövründə yeni istehsalturizm müəssisələri, sosial obyektlər tikilərək istifadəyə verilib. Əsasən qeyri-neft sektoruna aid olan həmin müəssisələrin əksəriyyəti regionlarda tikilib. Bununla isə iki mühüm məsələ həll edilir. Həm qeyri-neft sənayesində istehsal artır, həm də regionlarda işsizlik problemi aradan qaldırılır.

Sözsüz ki, yeni müəssislərin yaradılması  iqtisadiyyata qoyulan investisiyaların nəticəsidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyata investisiyaların qoyulmasının əhəmiyyətini qeyd edərək demişdir: "İnvestisiyalar artır və daxili investisiyalar üstünlük təşkil edir. Düzdür, daxili investisiyaların böyük hissəsi dövlər investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ də dövlət xətti ilə infrastruktur layihələrinə, o cümlədən sosial infrastruktur layihələrinin icrasına vəsait ayrılmalıdır. Ancaq Azərbaycana özəl sərmayə də qoyulur. Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır, yerlixarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin gələcəyinə inanırlar. Buna görə Azərbaycana çox böyük həcmdə investisiyalar qoyulur. Bu gün deyə bilərəm ki, dünyanın əksər ölkələrində xarici investisiyaları cəlb etmək üçün çox böyük işlər aparılır, rəqabət aparılır. Çünki hər bir ölkənin iqtisadi inkişafını investisiyalar müəyyən edir. Bu gün avrozonada müşahidə olunan vəziyyət onu göstərir, ekspertlər, alimlər qeyd edirlər ki, investisiyalar olmasa, bu böhrandan çıxmaq çətin olacaqdır. Azərbaycanda isə bu sahədə vəziyyət çox müsbətdir".

Dövlət Statistika Komitəsinin yanvar-sentyabr ayları üçün açıqladığı rəqəmlər də göstərir ki, ölkə iqtisadiyyatına qoyulan investisiyalar ildən-ilə artır. Hesabat dövründə ölkənin iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11868,5 milyon manat vəsait yönəldilib ki, onun da 73,1 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 0,2, tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin həcmi isə 8,5 faiz artıb. Bunun 8093,9 milyon manatı məhsul istehsalı obyektlərinin inşasına, 3774,6 milyon manatı xidmət sahələri üzrə obyektlərin tikintisinə yönəldilib. Qoyulan ümumi sərmayənin 51,7 faizi qeyri-dövlət müəssisələrinin payına düşüb.

Ötən aylarda da ölkə iqtisadiyyatına sərmayə qoyuluşunda daxili investisiyalar üstünlük təşkil edib. Belə ki, hesabat dövründə daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi ümumi sərmayənin 70,4 faizini təşkil edib. Daxili sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 6555 milyon, bank kreditləri 434,4 milyon, büdcə vəsaitləri 4173,7 milyon, büdcədənkənar fondların vəsaitləri 252,9 milyon, əhalinin şəxsi vəsaitləri 387,9 milyon, digər vəsaitlər 64,6 milyon manat olub.

Ölkəmizdə olan münbit investisiya mühiti xarici sahibkarları həmişə özünə cəlb edib. Bunun əsas səbəblərindən biri ölkəmizin etibarlı tərəfdaş olması və  xarici kapitala verdiyi zəmanətdir. Cari ilin 9 ayında xarici ölkələr və beynəlxlaq təşkilatlar tərəfindən əsas kapitala 2804,7 milyon manat sərmayə yatırılıb. Bunun  79,8 faizi Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, FransaYaponiya sərmayədarlarının payına düşür.

Dövlət Statistika Komitəsinin məlumatında o da bildirilir ki, tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin həcmi ötən ilin eyni dövrünə nisbətən 3,8 faiz artaraq 5983,8 milyon manata çatıb. Bunun 63,9 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,9 faizi əsaslı və 5,7 faizi cari təmir, 13,5 faizi isə digər tikinti işlərinə sərf olunub. Ümumi inşaat işlərinin 79,9 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirib. 

Ölkədə inşaat sektoru inkişaf etdikcə bu sahədə çalışanların həm sayı, həm də əməkhaqları artır. Cari ilin yanvar-avqust aylarında inşaat bölməsində çalışan işçilərin orta siyahı sayı 98,1 min nəfər olub və onların orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artaraq 627,2 manat təşkil edib. İxtisaslaşdırılmış tikinti işlərində çalışan işçilərin əməkhaqlarında da artım az olmayıb - 22,4 faiz.

 

Rüstəm KAMAL

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.9.