Lirik əhval-ruhiyyə yaradan konsert

 

Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr edilən festival bəstəkar musiqişünasların əsl sənət bayramı kimi mədəniyyət tariximizin unudulmaz bir səhifəsinə çevrildi

Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyi ilə əlaqədar musiqi festivalı başa çatmışdır. Noyabrın 1-dən 5-dək keçirilən festivalda xarici ölkələrdən gəlmiş nüfuzlu bəstəkar musiqişünaslar da iştirak etmişlər.

Musiqi festivalının ilk günlərində Azərbaycan Bəstəkarlar İttifaqının konsert salonunda tədbir təşkil edildi. Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycanın musiqi həyatında mühüm rol oynayan bu sənət məbədinin keçdiyi yol, ənənələri, görülən işlər barədə geniş məruzə ilə çıxış etdi.

Azərbaycan Dövlət Televiziya Radiosunun C.Cahangirov adına Xor Kamera ansambllarının iştirakı ilə olan iki hissəli konsertdə (Şəhla Ələkbərovanın bədii rəhbərliyi altında) maraqlı əsərlər səsləndirildi. Konsert dahi Üzeyir bəy Hacıbəylinin S.Vurğunun sözlərinə xor fortepiano üçün yazdığı "Ey Vətən" əsəri ilə başladı. Xorun ifasında unudulmaz xalq mahnısı - "Lacın" da təqdim edildi. Görkəmli bəstəkar Aqşin Əlizadənin xor üçün yazdığı "Bayatılar" silsiləsindən 3-ü xorun ifasında alqışlarla qarşılandı.

Xalq artisti, bəstəkar Ramiz Mustafayevin Əliağa Kürçaylının sözlərinə xor fortepiano üçün bəstələdiyi "Küçəmizdən keçəndə sən" mahnısı televiziya radio xorunun ifasında lirik əhval-ruhiyyə yaratdı. Eləcə Rüfət Ramazanovun Abdulla Şaiqin sözlərinə qadın xoru üçün yazılmış "Laylay" əsəri müasir musiqi kontekstində təcəssüm olunan janr nümunəsi kimi təqdim edildi. Gənc bəstəkar Günay Mirzəyevanın Bəxtiyar Vahabzadənin sözlərinə solist, xor fortepiano üçün yazdığı lirik-məhəbbət xarakterli "Romans"ı Səidə Manafovanın ifasında xoş ovqat bəxş etmiş oldu.

Festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının bölgə təşkilatları da fəallıq göstərdi. Bunlardan biri 1978-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə yaradılan Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan bölməsidir. Bu təşkilatın bir çox üzvlərinin əsərləri festival boyunca müxtəlif tədbirlərdə səsləndirildi.

Görkəmli bəstəkar Vasif Adıgözəlovun, Ruhəngiz Qasımovanın, musiqişünas Nərgiz Şəfiyevanın əsərləri böyük alqışlarla qarşılandı. Elza Seyidcahanın klarnet, faqot fortepiano üçün süitası, Samir Əliyevin, Eldar Dadaşovun, Nərminə Nağıyevanın əsərlərindən ibarət konsert proqramı bəstəkar Lalə Quliyevanın fleyta simli kvartet üçün sərbəst formada yazılmış "Düşüncə" əsəri ilə tamamlandı.

Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr edilən festival bəstəkar musiqişünasların əsl sənət bayramı kimi mədəniyyət tariximizin unudulmaz bir səhifəsinə çevrildi.

Jalə QULAMOVA,

sənətşünaslıq namizədi, dosent

 

Azərbaycan. - 2014.- 9 noyabr.- S.13.