Əsas Qanun ölkəmizin demokratiksivil yolla inkişafına başlıca təminatdır

 

Tarixən məhkəmə-hüquq sistemində köklü dəyişikliklərin həyata keçirildiyi, vətəndaş cəmiyyəti quruculuğu yönümündə inamlı addımların atıldığı dövlətlərdə insan hüquq və azadlıqlarına maksimum təminat yaradan yeni Konstitusiyanın qəbulu qaçılmaz olur. Cəmiyyətdə siyasi sabitliyin, sülhün, ümumi razılığın təminatçısı kimi çıxış edən Konstitusiya, eyni zamanda dövlətin gələcək inkişaf prioritetlərini, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin sivil çərçivələrini müəyyənləşdirir. Əsas Qanun bütün hüquq sisteminə xas olan hüquqi tənzimləmə funksiyasını yerinə yetirməklə yanaşı, sosial, siyasi, humanist funksiyaları da həyata keçirir. Dövlət quruluşunun təməl prinsiplərini müəyyənləşdirən Konstitusiya həm də cəmiyyət həyatının başlıca sahələrinə dövlətin müdaxiləsinin meyarlarını, yol verilən həddini dəqiqləşdirir, bu sahədəki dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edir. Bütün buya digər xüsusiyyətləri ilə konstitusiyalar hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə 1993-cü ilin oktyabrında yeni Konstitusiyanın hazırlanması üçün təşəbbüs göstərilsə də, ölkədə siyasi sabitliyin mövcud olmaması, sosial gərginlik, zorakı dövlət çevrilişi cəhdləri, həmçinin qarşıya çıxan bir sıra təxirəsalınmaz vəzifələr bu təşəbbüsün reallaşmasını ləngitmişdir. Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində dövlətçiliyə qarşı yönəldilmiş qəsdlərin qarşısı alındıqdan və ölkədə Əsas Qanunun qəbuluna imkan verən zəruri şərait, siyasi sabitlik formalaşdıqdan sonra Milli Məclisin iclasında ölkə Prezidentinin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiya yaradılmışdır. Görkəmli alimlərin, hüquqşünasların, mütəxəssislərin və rəhbər işçilərin daxil edildiyi bu komissiya 1995-ci il iyul ayının 5-də ilk iclasını keçirdi.

Komissiyanın iclasında geniş nitq söyləyən ümummilli lider Heydər Əliyev dəyərli tövsiyələrini, məsləhətlərini vermişdir. "Biz  elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır" - deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdür.

Komissiya tərəfindən hazırlanmış layihənin cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirakı ilə ümumxalq müzakirəsi aparıldıqdan sonra 12 noyabr 1995-ci il tarixdə referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyevin yeni Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin əməyi və töhfəsi danılmazdır. Həmin dövrdə humanist və insanpərvər xarakteri ilə MDB məkanında ən mütərəqqi Konstitusiya olan bu fundamental sənədin qəbulu milli dövlətçiliyin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da yüksəlməsi baxımından çox mühüm ictimai-siyasi hadisə olmuşdur.

Konstitusiyanın preambulasında Azərbaycan xalqının Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsini ifadə edən, insan hüquq və azadlıqlarını təmin edən hüquqi, dünyəvi dövlət qurmaq və digər bu kimi ülvi niyyətlər bəyan edilmişdir. Azərbaycanda konstitusion quruluşun vacib əsası kimi xalq hakimiyyətini (xalqın suverenliyini) bəyan edən və Azərbaycan xalqını hakimiyyətin yeganə mənbəyi elan edən Konstitusiya xalqın öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendumümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirməsini nəzərdə tutur. Əsas Qanun Azərbaycan dövlətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilən demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğunu təsbit edir, başqa sözlə, dövlətin öz təyinatının tam yerinə yetirməsi üçün bütün zəruri xüsusiyyətləri göstərir. Konstitusiya ölkədə sağlam siyasi mühitin formalaşmasına imkan verən, vətəndaşların cəmiyyətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirakını nəzərdə tutan siyasi müxtəliflik və plüralizm kimi mühüm prinsipləri təsbitləyir. Əsas Qanun konstitusiyalı quruluşun xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyət azadlığını, mülkiyyət növlərinin müxtəlifliyini və onların bərabər müdafiəsinə verilən təminatı əks etdirir.

Konstitusiyamızın ən mütərəqqi cəhəti burada insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsi, insan və vətəndaş hüquqlarının və əsas azadlıqların geniş təsbit olunmasıdır. Əsas Qanunda əksini tapmış müddəaların üçdə ikisinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması bunu əyani surətdə təsdiqləyir. Belə normalar buya digər şəkildə, lakin tamamilə fərqli doktrinada sovet dövründə qəbul edilmiş konstitusiyalarda da əksini tapmışdı. Lakin həmin konstitusiyalarda bu hüquqları vətəndaşlara dövlət verirdi. Yeni Konstitusiyanın əvvəlkilərdən əsas və prinsipial fərqi də məhz onda ilk növbədə insan hüquq və azadlıqlarının prioritetliyinin, üstünlüyünün birmənalı bəyan edilməsidir. Dövlətin mahiyyəti, ali məqsədi isə bu hüquqları tanımaqdan, müdafiə və təmin etməkdən ibarətdir - Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyev hüquq-mühafizə orqanlarının fəaliyyətinin də yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün bir sıra mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin etmişdir.

Ulu öndər Heydər Əliyev Avropa Şurasına üzvlük naminə riskliprinsipial addımlar atmaqdan belə çəkinməmişdir. Ulu öndərin 4 may 1995-ci il tarixli fərmanı ilə Əfvetmə İnstitutununPrezident yanında Əfv Komissiyasının yaradılması, 1995-ci ildən ölüm cəzası üzərində moratoriumun qoyulması, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsi deyilənləri bir daha təsdiqləyir. Şəffaf və demokratik əsasda fəaliyyət göstərən komissiyada ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiliyinə lazımi şərait yaradıldı, əfv fərmanlarının imzalanması və məhkumların bağışlanması müsbət ənənəyə çevrildi.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti son 11 ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Ötən müddətdə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin üstün istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutunu möhkəmlətmək, siyasi plüralizm, demokratikləşmə prosesini dərinləşdirməkdən və bu istiqamətdə Qərbə inteqrasiya -  Avropa Şurası, Avropa Birliyi və ATƏT kimi mötəbər təşkilatlarla əməkdaşlıq xəttini davam etdirməkdən ibarətdir. Bu sahədə qazanılan uğurlar, Prezident İlham Əliyevin yeritdiyi siyasi xətt beynəlxalq birlik tərəfindən təqdir olunur, dünyanın aparıcı siyasi mərkəzləri, institutları tərəfindən müsbət qiymətləndirilir.

Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Prezidentin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər. "Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasiiqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə, iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz" - deyən Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.

Azərbaycan Prezidenti İlham Əliyev son illərdə cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən milli qanunvericiliyin təkmilləşdirilməsi prosesini diqqət mərkəzində saxlamışdır. Məhkəmə, ədliyyə, polisprokurorluq orqanlarının daha səmərəli fəaliyyətinə, habelə insan hüquqlarının etibarlı təminatına yönəlmiş yeni qanun və qərarlar qəbul edilmişdir. 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilmiş referendum da xalqın suveren hüququnuazad siyasi iradəsini ifadə etməsinə maksimum imkan yaratmaqla demokratikləşmə prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. 18 mart referendumunun ciddi şəkildə dəstəklənməsi və pozitiv nəticələrlə yekunlaşması isə ilk növbədə cəmiyyətin Heydər Əliyev ideallarına sədaqətinin, eləcə də ulu öndərin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf kursunu layiqincə davam etdirən cənab İlham Əliyevə sarsılmaz inamının bariz təcəssümüdür.

Ulu öndər Heydər Əliyevin "şah əsəri" olan Azərbaycan Respublikası Konstitusiyası ölkəmizin demokratiksivil yolla inkişafına ən başlıca təminatdır. Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyətində daim Əsas Qanuna istinad edərək respublikada ümumbəşəri demokratik dəyərlərin və qanunun aliliyinin tam təminatına çalışır.

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2014.- 12 noyabr.-  S.3.