Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

 

Noyabrın 11-də Moskvada MDB Müdafiə Nazirləri Şurasının 67-ci iclası keçirilib.

İclasda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

MDB ölkələrinin nazirləri 2014-cü ildə Birlik çərçivəsində görülən işlərə yekun vurub, 2015-ci il üçün birgə fəaliyyət planını müzakirə ediblər. İclasda 2015-ci ildə Böyük Vətən müharibəsində qələbənin 70 illiyinin qeyd edilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib.

Görüşdə, həmçinin 2020-ci ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsi, informasiya mübadiləsi, birgə təlimlər, radiasiya, kimyəvi və bioloji durumun qiymətləndirilməsi ilə bağlı metodik rəylər mövzularına toxunulub.

Sonda MDB Müdafiə Nazirləri Şurasının 67-ci iclasının yekununa dair Birgə Bəyannamə imzalanıb.

 

Fəridə Abdullayeva

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan. - 2014.- 12 noyabr.-  S.3.