Şərur rayonunda yeni sosial obyektlər istifadəyə verilib

 

Dövlət qurumları yeni inzibati binada fəaliyyət göstərəcək

 

Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Son illər müasir inzibati binaların tikilməsi, mövcud binalarda yenidənqurma işlərinin aparılması da məqsədə xidmət edir. Yaradılan şərait əhaliyə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, noyabrın 11-də Şərur şəhərində dövlət qurumları üçün yeni inzibati bina istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində çıxış edərək deyib: Şərur rayonunda həyata keçirilən quruculuq tədbirlər bütün sahələri əhatə edir. Təhsil, səhiyyə, mədəniyyət digər dövlət strukturlarının şəraitinin yaxşılaşdırılması, ictimai yaşayış binalarının yenidən qurulması, hərbi xidmət zamanı sağlamlığını itirmiş şəxslərin evlərlə təmin olunması bu sahədə görülən işlərin tərkib hissəsidir. Bu gün istifadəyə verilən inzibati binada Şərur rayonunun 9 dövlət təşkilatı fəaliyyət göstərəcəkdir.

Ali Məclisin Sədri daha sonra deyib: Yaxşı şəraiti xidmətin düzgün təşkili ilə yanaşı, həm yaxşı əhval-ruhiyyə deməkdir. Eyni zamanda hərtərəfli şəraitinin yaradılması dövlət təşkilatlarında çalışanlara göstərilən qayğının daha bir ifadəsidir. Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, onların problemlərinin araşdırılması qanuni şəkildə həll olunması isə dövlət orqanlarının qarşısında duran əsas vəzifələrdir. Binada fəaliyyət göstərəcək dövlət qurumları da qarşıya qoyulan bu vəzifələri uğurla yerinə yetirməli, əməkdaşlar işə məsuliyyətlə yanaşmalı, yaradılan şəraitə öz xidməti vəzifələrini düzgün icra etməklə cavab verməlidirlər.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə, aidiyyəti üzrə müraciət edən vətəndaşların qayğı ilə əhatə olunacağına əminliyini bildirib, kollektivlərə işlərində uğurlar arzulayıb.

Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olub.

Məlumat verilib ki, yenidənqurma işlərindən sonra inzibati binada Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Şərur rayon şöbəsi, Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik, Mənzil İstismar Sahəsi, rayon Məşğulluq Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şərur rayon şöbəsi, Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin rayon bölməsi fəaliyyət göstərəcək. Binada Müharibə, Əmək, Silahlı Qüvvələr Hüquq Mühafizə Orqanları Veteranları Şurasının rayon təşkilatı, Azərbaycan Vətən Müharibəsi Veteranları Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının Şərur rayon şöbəsi Şərur rayon 2 nömrəli Dövlət Notariat Kontoru üçün müasir otaqları ayrılıb.

Otaqların hər biri təyinatı üzrə qurulub ayrı-ayrı strukturların prinsipinə uyğun təchiz olunub. Bütün bunlar əməkdaşların səmərəli fəaliyyət göstərməsinə sakinlərin rahatlığının təmin olunmasına xidmət edəcək.

Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Şərur rayon şöbəsi üçün ayrılan otaqlarına baxış zamanı torpaqlardan təyinatı üzrə səmərəli istifadənin əhəmiyyəti vurğulanıb. Rayon Məşğulluq Mərkəzi üçün yaradılan müasir şəraiti bu sahədə fəaliyyətin daha səmərəli təşkilinə imkan verəcək. Qeyd olunub ki, əldə olunan davamlı iqtisadi inkişaf Şərur rayonunda məşğulluq məsələlərinin səmərəli həllini şərtləndirib, məşğulluq səviyyəsinin daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Təkcə bu ilin 10 ayı ərzində rayonda 4 əmək yarmarkası keçirilib, 107 nəfər daimi işlə təmin olunub.

Şərur şəhərində ictimai yaşayış binası

yenidən qurulub

Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirləri inzibati binalarla yanaşı, yaşayış binalarının da müasir standartlar səviyyəsində yenidən qurulmasına səbəb olub. Sakinlərin rahatlığına xidmət edən bu işlər Şərur şəhərini əhatə edib, şəhər mərkəzindəki ictimai yaşayış binaları əsaslı təmir olunub. Həyata keçirilən tədbirlər Şərur şəhərinin memarlıq quruluşunu tamamilə dəyişib, prospekt küçələr müasir görkəm alıb. Şəhərin Nəriman Nərimanov küçəsindəki 7 nömrəli yaşayış binası da bu il həyata keçirilən quruculuq tədbirləri çərçivəsində yenidən qurulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik edərək deyib: Şərur rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində 7 nömrəli ictimai yaşayış binası da əsaslı şəkildə yenidən qurulmuşdur. 1964-cü ildə istifadəyə verilən bina müasir tələblər səviyyəsində qurulmuş, mənzillərin sahəsi genişləndirilmiş, burada yaşayan 18 ailənin sosial məişət şəraiti xeyli yaxşılaşdırılmışdır.

Sakinlər adından minnətdarlıq edən Rəşidə Vəliyeva deyib ki, bu gün ölkəmizdə həyata keçirilən tədbirlər, aparılan islahatlar əhalinin rahat yaşayışına xidmət edir. Bu tədbirlər Şərur rayonunu da əhatə edib. Şərur şəhəri artıq müasir görkəm alıb. Hər il yeni binalar tikilir, park xiyabanlar salınır, yollar təmir olunur. Bu işlər əhalinin rahat yaşayışına xidmət etməklə yanaşı, onların qurub-yaratmaq əzmini artırır. Artıq 7 nömrəli ictimai yaşayış binasının sakinləri mənzillərində rahat yaşayacaqlar.

Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim edib, sakinlərə xoş həyat uzun ömür arzulayıb.

Bildirilib ki, 2 mərtəbədən ibarət olan binada 18 mənzil var. Mənzillərdən 15-i ikiotaqlı, 3-ü isə üçotaqlıdır. Binanın interyeri tamamilə yenilənib, hər bir mənzildə kommunal şərait yaradılıb. Yenidənqurma işləri zamanı binanın elektrik, qaz, su kanalizasiya sistemləri dəyişdirilib, mərkəzi antena sistemi qurulub. Şəhərə xüsusi gözəllik bəxş edən binanın fasadı da tamamilə yenilənib, həyətdə abadlıq işləri görülüb, yaşıllıqlar salınıb.

Sosial qayğıya ehtiyacı olan Çomaxtur kənd sakinləri

üçün fərdi evlər tikilib

Muxtar respublikada insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Bu tədbirlərin davamı olaraq hərbi xidmət zamanı sağlamlığını itirmiş Şərur rayonunun Çomaxtur kənd sakinləri Rəşad Şahtaxtinski Nəbi Nəcəfov üçün fərdi evlər tikilib.

Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərdi yaşayış evlərinin orderlərini təqdim edib.

Rəşad Şahtaxtinski yeni mənzillə təmin olunmalarını bu kateqoriyadan olan insanlara göstərilən qayğının daha bir ifadəsi kimi dəyərləndirib, ailə üzvləri adından minnətdarlıq edib.

Mənzillərdə sakinlərin rahatlığı üçün hər cür şərait var. İkiotaqlı evlərin hər birində müasir kommunal şəraiti yaradılıb, elektrik qaz xətləri çəkilib.

Şərur şəhərində idman meydançası

istifadəyə verilib

Son illər Şərur rayonunda yaradılan müasir idman infrastrukturu gənclərin idmana olan marağını xeyli artırıbdır. Ayrı-ayrı idman növlərinin inkişafı üçün görülən bu işlər idmanın kütləviliyinə nail olunmasına fiziki cəhətdən sağlam gəncliyin yetişdirilməsinə hesablanıb.

Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərindəki Əl Topu Oyunları İdman Meydançasında yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, meydançanın uzunluğu 42, eni isə 31 metrdir. 292 tamaşaçı tutumu olan meydançada müxtəlif səviyyəli idman yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılıb. Gənclər burada günün istənilən saatında idmanla məşğul ola biləcəklər.

Ali Məclisin Sədri gənclərin idmana cəlb edilməsinin vacibliyini vurğulayıb, rayon təşkilatları ümumtəhsil məktəbləri arasında müxtəlif idman yarışlarının keçirilməsi barədə tapşırıqlar verib.

 

* * *

 

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində aparılan quruculuq işləri ilə maraqlanıb.

Məlumat verilib ki, hazırda Şərur şəhərinin Heydər Əliyev prospektində yerləşən 50 nömrəli ictimai yaşayış binası yenidən qurulur. Üç mərtəbədən ibarət olan binada 24 mənzil var. Binanın qapı və pəncərələri dəyişdirilib, kommunikasiya sistemləri tamamilə yenilənib. Hazırda binanın fasadında və həyətində də yenidənqurma işləri aparılır.

 

Azərbaycan. - 2014.- 12 noyabr.- S. 6.