Tur-aksiya məktəblilərin dünyagörüşünün zənginləşməsinə və vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərir

 

Biz bu tur-aksiyaya Bakının Suraxanı rayonundan qoşulmuşuq. “Ölkəmizi tanıyaq” layihəsində iştirak etdiyimizə görə qürur hissi keçiririk. Ölkəmizin dilbər guşələrindən olan Şəki, QaxZaqatalaya ekskursiya mənim və yoldaşlarımın həyatında böyük hadisədir. Bizə bu imkanı yaradan Prezident İlham Əliyevə Suraxanı məktəbliləri adından dərin minnətdarlığımı bildiririk.

Bu sözləri tur-aksiyanın iştirakçısı, Yeni Günəşli qəsəbəsindəki 278 nömrəli tam orta məktəbin X sinif şagirdi Fatimə İsmayılova Zaqatalada AzərTAc-a müsahibəsində deyib.

Tur-aksiyanın məktəblilərin dünyagörüşünün zənginləşməsinə, həmçinin vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini vurğulayan layihə iştirakçısı daha sonra deyib: “Bu aksiya bizə imkan verdi ki, Azərbaycanın müxtəlif regionlarındakı məşhur tarixi abidələrlə, qədim yaşayış məskənləri ilə tanış olaq. Ekskursiya zamanı biz ən ucqar rayonlarımızın belə necə sürətlə inkişaf etdiyinin canlı şahidi olduq”.

Ekskursiyanın yüksək səviyyədə təşkil olunduğunu vurğulayan F. İsmayılova belə layihələrin davamlı olmasını arzuladığını bildirib.

 

Azərbaycan. - 2014.- 13 noyabr.- S.10.