“Polis əməkdaşlarının bələdiyyə
seçkilərində iştirakına dair
yaddaş kitabçası” nəşr edilib
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası (MSK) 2014-cü il dekabrın 23-nə təyin
edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar
müxtəlif seçki subyektlərinin maarifləndirilməsi
layihəsi çərçivəsində “Polis əməkdaşlarının
bələdiyyə seçkilərində iştirakına
dair yaddaş kitabçası” hazırlayıb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmış yaddaş kitabçası polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub. Nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilib.
Yaddaş
kitabçası Azərbaycan Respublikasının
Konstitusiyası, Seçki Məcəlləsi,
“Polis haqqında” Qanun
və Mərkəzi Seçki
Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
Azərbaycan.
- 2014.- 14 noyabr.- S. 8.