Prezident İlham Əliyev Şəmkirçay
su
anbarının açılış mərasimində
iştirak edib
Azərbaycan Prezidenti İlham
Əliyev Şəmkir rayonuna səfəri
Noyabrın
15-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay
su anbarının açılış mərasimində
iştirak edib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına Şəmkirçay su anbarının planı, Şəmkirçay magistral suvarma kanallarının sxemi, Şəmkirçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verdi.
Prezident İlham Əliyevə Azərbaycandakı mövcud su anbarlarının xəritəsi nümayiş etdirildi.
Dövlətimizin başçısı su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışını bildirən düyməni basdı.
Prezident İlham Əliyevə su elektrik stansiyası barədə məlumat verildi. Qeyd edildi ki, stansiyanın gücü 25 meqavat olacaq. Stansiyada ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.
Sonra dövlətimizin başçısına Şəmkirçay su anbarı, əsas hidrotexniki qurğular, o cümlədən magistral kanallar barədə məlumat verildi. Zəngin təbiəti ilə seçilən bu ərazidə 2008-ci ildən bəri peşəkarcasına və beynəlxalq standartlara uyğun olaraq böyük həcmdə iş aparılıb.
Bildirildi ki, gil nüvəli mərkəzi bəndin daha möhkəm və etibarlı olması üçün daş-qaya materialından istifadə edilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib.
Diqqətə çatdırıldı ki, Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcəkəsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Dövlətimizin başçısının tapşırığına əsasən aparılan dəqiqləşdirmə nəticəsində Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatı yaxşılaşdırılacaq 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələrinin olduğu müəyyənləşdirilib. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Layihənin əhatə etdiyi ərazidə ekoloji vəziyyət əsaslı şəkildə yaxşılaşacaq. Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacaq.
X X X
Sonra dövlətimizin başçısı mərasim iştirakçıları ilə görüşdü.
Şəmkirçay su anbarının istifadəyə verilməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham ƏLİYEV dedi:
- Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz bu gün Şəmkirçay su anbarının açılışını qeyd edirik. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.
Beş il əvvəl biz burada bu nəhəng infrastruktur obyektinin təməl daşını qoyduq. Beş il ərzində çox gərgin iş aparılıb və bu işin nəticəsində biz bu gün bu gözəl infrastruktur obyektinin açılışını qeyd edirik. Bu işin icrasında iştirak etmiş bütün insanlara – inşaatçılara, mühəndislərə minnətdarlığımı bildirirəm. Bu, Azərbaycanın gələcək inkişafı, iqtisadi inkişafımız üçün əvəzolunmaz bir infrastruktur obyektidir.
Şəmkirçay su anbarı, su elektrik stansiyası, su kanalları vahid bir kompleks təşkil edir. Bu infrastruktur obyektinin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatına, kənd təsərrüfatına, sahibkarlığın inkişafına çox böyük dəstək veriləcək. Bu su anbarının fəaliyyəti nəticəsində 54 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq, 17 min hektar torpaq isə yenidən suvarılacaq. Yəni, bu, kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyət daşıyan obyektdir. Fermerlər bundan səmərəli şəkildə istifadə etməlidirlər. Əminəm ki, belə də olacaq. Yeni suvarılacaq sahələrdə bəri başdan düzgün planlaşdırma işləri aparılmalıdır ki, orada hansı məhsullar yetişdiriləcək, o məhsullar hansı bazarlara ixrac olunacaq. Yəni, hesab edirəm ki, biz bu məsələlərə indidən kompleks şəkildə yanaşmalıyıq və əslində artıq müəyyən işlər görülmüşdür. Bu gün Şəmkir rayonunda böyük aqroparkın təməli də qoyulacaq və əgər bu su anbarı tikilməsə idi, əlbəttə ki, o aqropark da tikilməzdi. Çünki oraya da çox böyük həcmdə investisiya qoyulacaq və əsas şərt suvarılan ərazilərdir.
Bu, çox böyük investisiyatutumlu layihədir. 700 milyon
manatdan çox dövlət vəsaiti qoyulmuşdur və
Taxtakörpü su anbarından sonra qeyri-neft sektoruna qoyulan
ikinci böyük investisiyadır. Biz
keçən ilin sonunda Taxtakörpü su anbarının və
kanalların açılışını qeyd etmişdik.
O, 1 milyard manat dəyərində olan layihədir. Bu gün isə biz Şəmkirçay su
anbarının açılışını qeyd edirik.
Bu iki mühüm layihə əlbəttə ki,
bugünkü Azərbaycanın gücünü və bizim
siyasətimizin istiqamətini göstərir. Çünki bu gün kənd təsərrüfatını,
sahibkarlığı inkişaf etdirmək üçün
dövlət tərəfindən böyük vəsait qoyulur,
böyük işlər görülür. Dövlət qeyri-neft sektorunun inkişafına
böyük investisiyalar qoyur. Sahibkarlığın
inkişafı üçün hər il
güzəştli şərtlərlə kreditlər verilir. Son illərdə iqtisadiyyatın real sektoruna kredit
şəklində 200 milyon manatdan çox vəsait qoyulub.
Sahibkarlığı
inkişaf etdirmək üçün hər il
mənim rəhbərliyimlə geniş müşavirə
keçirilir, həm siyasi dəstək verilir, həm iqtisadi məsələlər
öz həllini tapır. İnfrastruktur layihələri,
- elektrik stansiyaları, kənd yolları, içməli su
layihələri, - bütün bu layihələr ölkəmizin
çoxşaxəli inkişafını təmin edir və
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının tərkib hissəsidir.
Bildiyiniz kimi, birinci
proqram 2004-cü ildə qəbul edilmişdir. Hazırda üçüncü proqram icra edilir.
2018-ci ilə qədər ölkəmizdə
üçüncü proqramın icrası nəticəsində
əsas infrastruktur və sosial məsələlər həllini
tapacaqdır.
Kənd təsərrüfatının,
sahibkarlığın inkişafı isə bizim
üçün prioritet istiqamətlərdir. Biz ərzaq təhlükəsizliyimizi
tam şəkildə təmin etməliyik. Bu
istiqamətdə çox önəmli addımlar
atılır. Özümüzü əsas
ərzaq məhsulları ilə 100 faiz təmin etmək
üçün biz artıq bu hədəfə
yaxınlaşırıq. Ərzaq təhlükəsizliyimizin
tam şəkildə təmin edilməsi, ixrac
potensialımızın artırılması gələcəkdə
həm iş yerlərinin yaradılmasına, eyni zamanda,
insanların rifah halının yaxşılaşmasına xidmət
edəcəkdir.
Hazırda biz yeni ixrac bazarlarına çıxmaq
üçün çalışırıq. Yeni imkanlar var
və biz bu imkanlardan səmərəli şəkildə
istifadə etməliyik. Əlbəttə
ki, kənd təsərrüfatı məhsullarımızı
ixrac bazarlarının mümkün olan və gələcəkdə
mümkün olacaq potensialına da
uyğunlaşdırmalıyıq. Bütün
işlər planlı şəkildə aparılır. İlk növbədə, daxili tələbat 100 faiz
daxili istehsal hesabına təmin edilməlidir. Bununla paralel olaraq biz yeni bazarlara və ənənəvi
bazarlara daha böyük həcmdə məhsulla
çıxmalıyıq. Beləliklə, növbəti
illərdə kənd təsərrüfatının
inkişafı dinamik olacaq, bölgələrdə iş yerləri
açılacaq, işsizlik daim çox aşağı səviyyədə
olacaq. Görülən tədbirlər və
xüsusilə regionların sosial-iqtisadi inkişafı
Dövlət proqramlarının icrası nəticəsində
bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir.
Son 10 il ərzində 1 milyon 300 min yeni
iş yeri açılmışdır ki, bu da
özlüyündə ölkəmiz üçün
böyük imkanlar yaradır.
Sahibkarlığın
inkişafı diqqət mərkəzindədir. Hesab edirəm ki, sahibkarlar da bu gözəl imkanlardan
istifadə edəcəklər. Biz bu
gün paralel olaraq su elektrik stansiyasının
açılışını qeyd etdik. Bu
da çox gözəl layihədir. Azərbaycan
öz enerji təhlükəsizliyini tam şəkildə təmin
etmişdir və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin
təmin olunmasında fəal iştirak edir, böyük rol
oynayır. Bu rol getdikcə artacaq, ancaq,
eyni zamanda, biz çalışmalıyıq ki, öz enerji
güclərimizi artıraq, o cümlədən bərpa olunan
enerji növləri hesabına. Bu istiqamətdə
də böyük işlər görülür. Su elektrik stansiyaları tikilir. Artıq
kiçik olsalar da, günəş elektrik stansiyaları tikilməkdədir.
Ancaq bərpa olunan enerji növləri arasında
əlbəttə ki, hidroenergetika prioritet təşkil edir.
Son illərdə bir neçə gözəl
layihə icra edilmişdir. Taxtakörpü
su anbarında 25 meqavat gücündə elektrik stansiyası fəaliyyətə
başlamışdır. Füzuli rayonunda
25 meqavat gücündə stansiya tikilmişdir. Naxçıvanda, Ordubad rayonunda böyük stansiya
tikilmişdir. Naxçıvan Muxtar
Respublikasını demək olar ki, 100 faiz bərpa olunan enerji
növləri ilə təmin etmək üçün
böyük işlər görülmüşdür. Biz artıq bu məqsədə də çox
yaxınıq. Bu gün burada, Şəmkirdə
25 meqavat gücündə su elektrik stansiyası fəaliyyətə
başlayır. Yeni stansiyaların tikintisi
də mümkündür və biz bu məsələlərə
də baxacağıq. Biz burada bu obyektin
enerji potensialını bəlkə də 45 meqavata
çatdıra bilərik. Bu, əlbəttə
ki, ekoloji cəhətdən ən təmiz, eyni zamanda, ən
ucuz enerji növüdür. Bu, bizə
imkan verəcək ki, neft-qaz resurslarımızı xarici
bazarlara daha da böyük həcmdə ixrac edək.
Bax, Azərbaycan dövlətinin bu işlərə
yanaşması bundan ibarətdir. Biz enerji, nəqliyyat təhlükəsizliyimizi
təmin etmişik. Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan
üzərindən keçir. Böyük
infrastruktur layihələrini icra etmişik.
Yeni dəniz ticarət limanı.Onun birinci hissəsi
artıq fəaliyyətə başlamışdır. Yeni gəmilər
alınır. Dəmir yoluna, hava nəqliyyatına
böyük investisiyalar qoyulur. Yeni aeroportlar tikilir,ən müasir təyyarələr
alınır, yeni marşrutlar açılır.
Bakı-Tbilisi-Qars dəmir yolu.Bu da tarixi layihədir, artıq
reallaşır, onun başa çatmasına az
qalıb. Yəni, nəqliyyat infrastrukturu bundan
ibarətdir.
Coğrafi vəziyyətimiz elədir ki, biz nəinki
regionda, dünya miqyasında nəqliyyat mərkəzi
olmalıyıq.Bu yaxınlarda Şimal-Cənub nəqliyyat dəhlizinin
reallaşması vəŞərq-Qərb qədim ipək
yolunun bərpası üçün önəmli qərarlar
verilmişdir.
Bununla yanaşı, ərzaq, enerji və nəqliyyat
təhlükəsizliyi bizim əsas məsələlərimizdir.Bu
məsələlərin həlli, həmçinin regional əməkdaşlığa
da böyük təkan verəcək.
Azərbaycan regional əməkdaşlıq məsələlərində
lider rolunu oynayır. Burada nəqliyyat, energetika, təbii qaz
layihələri əlbəttə ki, üstünlük təşkil
edir və bütün bu məsələlər nəticədə
regional təhlükəsizliyin möhkəmlənməsinə
xidmət göstərir. Bir daha demək
istəyirəm ki, Azərbaycanda bütün bu işlərə
dövlət dəstəyi verilir. Bütün
bu layihələr planlı şəkildə icra edilir. Şəmkirçay su anbarının, elektrik
stansiyasının və su kanallarının tikintisi ilə
bağlı hələ 2005-ci ildə mən Sərəncam
imzalamışdım. Ondan sonra işlər
başlanmışdır.Texniki-iqtisadi əsaslandırma
hazırlanmışdır. Xarici
podratçı kontraktorlar seçilmişdir və işlər
başlamışdır.
Ancaq uzunmüddətli strategiyanı düzgün müəyyən
etdikdə biz gözəl nəticələrə çata bilərik. Çünki
bu nəhəng infrastruktur layihələri çox vaxt
aparır. Ona görə 2005-ci ildə Sərəncam
imzalandı, 2009-cu ildə işlər başladı,
2014-cü ildə isə biz artıq bu layihənin başa
çatmasını qeyd edirik. Bu,
yüzilliklər ərzində Azərbaycana xeyir gətirəcək,
iqtisadi potensialımızı möhkəmləndirəcək.
Əlbəttə ki, su kanallarının
tikintisi bundan sonra da davam etdirilməlidir. Hazırda
tikilən kanallar dediyim həcmdə yeni torpaq sahələrini
əhatə edəcək. Ancaq yeni, gələcək
planlar var və biz suvarılan torpaqların həcmini daha da
artıra bilərik. Kanalların tikintisi nəticəsində
təqribən iyirmi, bəlkə də otuz min hektar əlavə
torpaq sahəsi suvarıla bilər. Bu layihə
dörd rayonunsahəsini əhatə edir - Şəmkir,
Göygöl, Samux, Goranboy. Bu rayonlarda kənd
təsərrüfatının inkişafı əlbəttə
ki, bu layihənin icrası nəticəsində daha da sürətlə
gedəcək. Bir məqamı da qeyd etmək
istəyirəm, eyni zamanda, bu layihədən insanlar da
içməli su kimi istifadə edəcəklər. Şəmkir və Gəncə şəhərlərinə,
o cümlədən Samux rayonunun bir neçə
yaşayış məntəqəsinə içməli su
veriləcək. Bu, təmiz içməli
sudur, keyfiyyətlidir, təbiidir və bu layihədə
böyük Şəmkirçay kompleksinin tərkib hissəsidir.
Suvarma, meliorasiya, kənd təsərrüfatı,
sahibkarlıq, enerji təhlükəsizliyi, içməli su,
yəni, insanların sağlamlığı və inkişaf. Bax, budur bir
layihədə cəmləşən amillər.Bir daha onu demək
istəyirəm ki, ancaq Azərbaycan dövlətinin
güclü iradəsi, düşünülmüş siyasəti,
planlı şəkildə apardığı siyasət nəticəsində
bu layihələrin icrası mümkün olmuşdur. Dünyada maliyyə və iqtisadi böhran davam edir.
İnvestisiya qoyuluşu böyük dərəcədə
aşağı düşüb. Bəzi
ölkələrdə maliyyə böhranı kəskinləşir.
Neft-qaz ilə zəngin olan ölkələr də
yəqin ki, neftin qiymətinin kəskin şəkildə
düşməsindən narahatdırlar, bu da təbiidir.
Ancaq buna baxmayaraq, Azərbaycan böyük infrastruktur,
investisiya layihələrini icra edir. Nə
üçün? Çünki bizim
xalqımıza, dövlətimizə lazımdır. Dövlətimiz daha da güclü olmalıdır.
İqtisadiyyat daha da çoxşaxəli
olmalıdır. Neft-qaz amilindən
asılılıq daha da azalmalıdır. Biz bu layihələrin icrası ilə bir daha
göstəririk ki, ancaq müstəqillik dövründə Azərbaycan
sürətlə inkişaf edə bilər. İki yüz ilə yaxındır ki, Azərbaycan nefti
dünyada tanınır. Hasilatın əvvəlində
dünya üzrə neftin bəlkə də 70 faizi Azərbaycanın
payına düşürdü. İkinci
Dünya müharibəsi zamanı Azərbaycan nefti sovet enerji
potensialının 70-80 faizini təşkil edirdi.
Ancaq Azərbaycan müstəqilliyə qovuşanda bizim vəziyyətimiz
necə idi?! Neft sənayesi dağılmış vəziyyətdə
idi. Köhnə yataqlarda iş getmirdi. Hər
tərəf ekoloji fəlakətə bənzəyirdi. Bakının ətrafını yada salaq. Bibiheybət mədənləri bir ekoloji fəlakət
idi. Qaraşəhər, Böyükşor
gölü, digər Balaxanı mədənləri nə
gündə idi?! Yəni, bizə, müstəqil
dövlətə bu qaldı. Neftin
hasilatı kəskin şəkildə aşağı
düşmüşdü. Biz
özümüzü təbii qazla təmin edə bilmirdik.
Baxmayaraq ki, sovet vaxtında Azərbaycandan təbii
qaz həm Ermənistana, həm Gürcüstana
ötürülürdü, biz isə təbii qazı xaricdən
almağa başlamışdıq. Bu idi
müstəqilliyimizin əvvəlində müşahidə
olunan mənzərə. Ona görə bir daha demək
istəyirəm ki, biz buna ancaq müstəqillik dövründə
nail ola bilmişik. Çünki
bizim taleyimiz öz əlimizdədir.
Azərbaycan xalqı söz sahibidir. Azərbaycan
xalqın iradəsi ilə idarə olunur. Azərbaycan
dövləti lazım olan belə nəhəng layihələri
xalqımız, dövlətimiz üçün icra edir və
bundan sonra da edəcək. Çünki
biz güclü dövlətik. Biz son illərdə
iqtisadi və siyasi islahatlar nəticəsində dünya
miqyasında böyük hörmət qazanmışıq.
Davos İqtisadi Forumunun hesablamalarına görə
biz rəqabətqabiliyyətlilik üzrə dünya
miqyasında 38-ci yerdəyik. Biz beynəlxalq nüfuz
qazanmışıq və iki il
dünyanın ən mötəbər qurumu – BMT Təhlükəsizlik
Şurasının üzvü kimi fəaliyyət göstərmişik
və prinsipial ədalətə, beynəlxalq hüquqa
söykənən mövqeyimizi orada ifadə etmişik. Budur müstəqilliyin nəticələri və Azərbaycan
xalqı bunu görür, bilir, qiymətləndirir.
Biz xalq üçün, dövlətimizin möhkəmləndirilməsi
üçün çalışırıq və bundan sonra
da çalışacağıq. Əminəm ki, gələcəkdə
belə böyük layihələrin sayı artacaq. Bizim böyük planlarımız var. Gələcəyə
baxışlarımız çox nikbindir. Azərbaycanın inamlı, sürətli
inkişafı davam edəcək və biz bütün məqsədlərə
çatacağıq.
Mən bu gözəl gündə bu nəhəng
infrastruktur obyektinin tikintisində iştirak etmiş
bütün dostlara, yoldaşlara bir daha minnətdarlığımı
bildirirəm.
Bütün Azərbaycan xalqını Şəmkirçay
su anbarı kompleksinin açılışı münasibətilə
ürəkdən təbrik edirəm. Sağolun.
X X
X
“Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar
Cəmiyyətinin sədri Əhməd ƏHMƏDZADƏ
dedi:
- Möhtərəm
cənab Prezident.
Hörmətli tədbir iştirakçıları.
Bu gün, doğrudan da müstəqil Azərbaycanın
tarixində yeni bir səhifə yazılır. Azərbaycanın coğrafiyasını
çox gözəlləşdirəcək, dəyişdirəcək
iki böyük obyekt bu güncənab Prezidentin iştirakı
ilə istifadəyə verilir.
Cənab Prezidentin çıxışından sonra
danışmaq çox çətindir. Çünki
cənab Prezident bu məsələləri o qədər ətraflı
şərh etdi ki, ondan sonra layihə və görülən
işlər haqqında nə isə demək çətindir.
Bu Şəmkirçay su anbarının tikilməsi
ideyası ulu öndərimiz Heydər Əliyev tərəfindən
irəli sürülmüşdür. Hələ o vaxt - 1981-ci ildə bunun
texniki-iqtisadi əsaslandırılması
yaranmışdır.
Uzun müddət - sovetlər dövründə də,
sonrakı dövrdə də ölkənin imkanı
olmadığı üçün bu tikintiyə başlamaq
mümkün olmamışdır. Amma cənab Prezident bu layihənin həm
müəllifi, həm
də icra edilib başa çatdırılmasının təşkilatçısı
oldu. Ona görə də bu layihəni bizdən
daha yaxşı bilir. Biz ona layihə haqqında məlumat
verəndə çox çətinlik çəkirik. Uzun
müddət bu sahədə işləyən, təcrübəsi
olan bir adam kimi, mən çətinlik
çəkirəm. Çünki elə suallar verir ki, fikirləşirsən,
yəqin cənab Prezident hidrotexnik təhsili alıb, ona
görə də hidrotexnikanı bu dərəcədə
bilir.
Bu kompleksin özülü qoyulandan bugünədək,
layihənin müzakirəsindən tutmuş tikintinin başa
çatmasınadək bütün işləri nəzarətdə
saxlayıb və bu gün gəlib burada bu
açılışı etməyi, işçilərin əməyini
yüksək qiymətləndirməyi bizi çox fərəhləndirir. Cənab Prezident, biz
hamımız Sizə minnətdarıq ki, Siz Azərbaycan
xalqı üçün bu qədər böyük
miqyaslı işlər görürsünüz. Sözün
açığı, Taxtakörpü su anbarı,
Samur-Abşeron suvarma sistemininyenidən qurulması layihələri
həyata keçiriləndən sonra fikirləşmirdim ki,
bunlarla paralel ikinci böyük tikintiyə başlamaq olar. Bu tikintiyə
ancaq güclü dövlətin gücü çata bilər,
bunu ancaq cəsarətli və güclü rəhbərin iradəsi
edə bilər. Biz Sizə minnətdarıq,
cənab Prezident.
Bütün
sahələrdə olduğu kimi, cənab Prezident, burada da təxminən
on il əvvəl Sizin söylədiyiniz bir fikir bizim
üçün örnək olub. Biz o fikri
yadınıza salırıq. Siz o vaxt bir layihənin müzakirəsi zamanı
dediniz ki, bizim əvvəllər tikmək imkanımız yox
idi, amma indi imkanımız var, tikməməyə və pis
tikməyə ixtiyarımız yoxdur. Biz həmin
devizi həmişə yadda saxlamağa
çalışmışıq və
çalışırıq ki, tikək, Sizin
tapşırıqları vaxtında yerinə yetirək,
özü də keyfiyyətlə yerinə yetirək. Siz doğrudan da, Azərbaycan üçün
möcüzələr yaradırsınız. Biz çalışmışıq ki, Siz bu
günbelə birtikintiyə baxasınız, sevinəsiniz.
Biz ona çalışmışıq, bilmirəm
nə dərəcədə nail olmuşuq, amma verdiyiniz qiymətə
görə bir daha Sizə minnətdarıq.
Təkcə bu sahə deyil, başqa sahələrdə
də çoxlu meliorasiya tədbirləri görülür -
istər taxılçılıq təsərrüfatlarının
yaradılması, istər köhnə hidrotexniki
qurğuların bərpa olunması sahəsində. Mən burada
bir sirri deyim ki, qoyAzərbaycan xalqı bilsin. 2013-cü ildə mən cənab Prezidentdən
xahiş etdim ki, əgər icazə versəniz, əlli kənddə
quyu qazarıq. Soruşdu ki, nə
üçün yüz yox, əlli? Dedim ki, Siz icazə
versəniz sayını artırarıq. Cənab
Prezident 50 əvəzinə 107 quyu qazmağı
tapşırdı. Biz bu
tapşırığı 2013-cü ildə yerinə yetirdik.
Bu ilin yanvarında yenə söhbətimiz olanda
daha yüz quyunun qazılmasına icazə verilməsini
xahiş etdim. Cənab Prezident dedi ki, niyə yüz, niyə
iki yüz əlli yox? İki yüz əlli quyunun
qazılmasına Sərəncam verdi. Mən, cənab Prezident, Sizə məruzə edirəm
ki, həmin 250 quyu dekabr ayında tam qazılıb istifadəyə
veriləcək. İki yüz əlli quyu
iki yüz əlli kəndin, yaşayış məntəqəsinin
sevincidir. Bu, Azərbaycanın bütün
bölgələrini, rayonlarını əhatə edən bir
layihədir. Biz ona görə də Sizə
çox minnətdarıq.
Sizin tapşırığınızla biz
böyükmeliorasiya tədbirləribarədə plan
hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik. Tapşırığınız
ondan ibarətdir ki, Azərbaycanda kənd təsərrüfatının
intensiv və ekstensiv üsulla inkişafı təmin edilsin,
Azərbaycan iqtisadiyyatının inkişafı təmin
olunsun. Bu da həm mövcud meliorasiya
potensialından istifadə olunmasını, həm də
ekstensiv inkişaf yolu ilə yeni sahələrin
artırılması məsələsini əhatə edir.
Biz layihəni hazırlayıb Nazirlər
Kabinetinə təqdim etmişik. Amma
işin həcmi çox böyükdür. Layihəni təqdim
edəndən sonra biz özümüz də fikirləşirik
ki, işin həcmi böyükdür.Amma bir məsələni
qeyd edim ki, on biril bundan qabaq Ulu Öndərimiz xalqımıza
müraciətində demişdir: Mən İlham Əliyevə
özümə inandığım qədər inanıram. O
inam artıq on birildir tam sübuta yetirilib. Siz o
inamla Azərbaycan xalqının özünə
inamını, özünə güvənməsini
artırdınız. Xalqımız əldə
olunmuş uğurlara görə Sizə minnətdarlığını
bildirir.
Biz bu böyük dünyada yaşayırıq. Bu dünyada
böyüklü-kiçikli dövlətlər çoxdur.
Onların əksəriyyətinin rəhbərlərinin
reytinqi seçiləndən bəri iki dəfə
aşağıdüşüb. Amma mən xalqın
qarşısında deyirəm ki, Sizin
reytinqiniz yüzə-yüz artıb. Görülən
bu işlərə görə xalq Sizi sevir. Biz də o inamla o layihəni təqdim etmişikki, gələcəkdə
Siz bunları bizə tapşıracaqsınız və biz də
onları dövlətimizin dəstəyi ilə həyata
keçirəcəyik.
Biz Sizə minnətdarıq. Melioratorlarımız,
inşaatçılarımız Sizin rəhbərliyiniz
altında işləməkdən çox zövq alırlar. Sizin tapşırıqlarınızı yerinəyetirmək
üçün həmişə hazırıq.
Diqqətinizə
görə sağ olun!
X X X
“Vətən-Az”
Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, fermer Azər
ƏMİRASLANOV dedi:
- Möhtərəm
cənab Prezident.
Hörmətli mərasim iştirakçıları.
Bu gün biz ölkəmiz üçün mühüm əhəmiyyət
kəsb edən böyük bir hadisənin şahidi olduq. Siz bu gün
Azərbaycanımızın növbəti bir tarixi nailiyyətinə
imza atdınız. Nəhəng Şəmkirçay
su anbarını, su elektrik stansiyasını, magistral su
kanalını istifadəyə verdiniz. Bu
layihənin reallığa çevrilməsi Azərbaycanda
iqtisadiyyatın şaxələndirilməsinə və
inkişaf etdirilməsinə, ölkədə ərzaq
bolluğunun yaradılmasına fundamental yanaşmanın bir
nümunəsidir. Gələcək fəaliyyətimizə
ciddi təkan verəcək bu layihəyə görə Sizə
bütün sahibkarlarımızın, fermerlərimizin
adından minnətdarlığımızı bildiririk.
Həyata keçirdiyiniz mühüm tədbirlər
nəticəsində iqtisadiyyatımızda qeyri-neft sektorunun
xüsusi çəkisi ildən-ilə artmaqdadır. Bu sahəyə böyük sərmayələr
qoyulur, konkret proqramlar icra olunur. Son zamanlar istifadəyə
verilən və tikintisi davam etdirilən dəryaçalar, su
anbarları və həyata keçirilən digər
infrastruktur layihələri bundan sonra da yüz illərlə
xalqımıza, dövlətimizə xidmət göstərəcək,onları gələcəkdə yarana biləcək
problemlərdən qoruyacaqdır. Hamıya məlumdur
ki, vacib infrastruktur yaratmadan kənd təsərrüfatını
inkişaf etdirmək mümkün deyildir.
Şəmkirçay su anbarı kompleksinin istifadəyə
verilməsi bölgəmizin kənd təsərrüfatının
inkişafı üçün yeni imkanlar yaradacaqdır. Fermerlərimiz,
sahibkarlarımız suvarılan torpaqları əkəcəklər,
becərəcəklər, yeni emal müəssisələri
yaradacaqlar və ölkəmizdə ərzaq təhlükəsizliyinin
tam təmin olunmasına öz töhfələrini verəcəklər.
Bu il təbiət sözün həqiqi mənasında
insanlarımızı, xüsusən də kənd təsərrüfatı
məhsulları istehsalçılarını sınağa
çəkdi. Suvarma suyunun
çatışmaması məhsuldarlığın
azalmasına, bəzi hallarda əkinlərin məhv
olmasına, çəkilən əziyyətin hədər
getməsinə səbəb oldu. Bu, bir daha
göstərir ki, ölkəmizin su təhlükəsizliyinin təmin
edilməsi, su ehtiyatlarından səmərəli istifadə,
yeni kanalların inşası, su anbarlarının
yaradılması strateji əhəmiyyətli bir məsələdir.
Cənab Prezident, əmin ola bilərsiniz ki, bu şəraitdən istifadə edərək insanlarımız daha çox çalışacaqlar. Heç şübhə yoxdur ki, susuzluqdan istifadəsiz qalan və ərazisi 10 min hektarlarla ölçülən boş torpaq sahələrini zəmilər, bostanlar, meyvə bağları əvəz edəcəkdir. Bu layihələr ölkədə məhsul bolluğunun yaradılmasına, əhalinin ekoloji cəhətdən təmiz ərzaq məhsullarına tələbatının ödənilməsinə, insanların həyat şəraitinin, maddi rifah halının daha da yaxşılaşmasına, məhsullarımızın xarici ölkələrə ixracının genişlənməsinə səbəb olacaqdır. Eyni zamanda, bu su anbarı bölgənin içməli suya olan tələbatını da ödəyəcəkdir. Mən bir sahibkar kimi kənd təsərrüfatının inkişafı ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri də izləyirəm. Son 10 ildə rayonumuzda kənd təsərrüfatı sahəsində güzəştli kredit almış sahibkarların sayı çoxalmış, əldə edilən gəlirlər dəfələrlə artmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarının vergidən azad edilməsi, onlara dövlət tərəfindən subsidiyaların verilməsi və bu cür infrastruktur layihələrinin həyata keçirilməsini görən xarici biznes tərəfdaşlarımız belə bizə həsəd aparırlar.
Mənim 4 hektar istilikxanam və 10 hektar
çiyələk tarlam var. İldə 120 ton xiyar, 150 ton pomidor, 200 ton çiyələk
istehsal edirəm. Müəssisəmdə 115 nəfər
rayon sakini daimi işlə təmin olunub. Şəmkirçay
su anbarı kompleksinin işə düşməsi mənə
əlavə imkan verəcəkdir ki, öz fəaliyyətimi əsaslı
surətdə genişləndirim. Bu da əlavə iş
yeri və əlavə gəlir deməkdir. Ümumiyyətlə,
ölkəmizdə gedən yüksək inkişaf prosesləri
Şəmkirin də simasını tamamilə dəyişmişdir.
Rayonumuz gündən-günə gözəlləşir,
abad bir diyara çevrilir. Bütün
bölgələrimizdə olduğu kimi, ümumi sosial-iqtisadi
inkişaf nəticəsində rayonumuzda da varlı
insanlarımızın sayı 10 dəfələrlə
artmışdır. Bizi yaşadan da,
varlandıran da elə torpaqdır. Torpağı
əkib-becərmək üçün bizə lazım olan
bütün şəraiti Siz yaradırsınız.
Möhtərəm cənab Prezident,
çıxışımın sonunda bölgə
sahibkarları adından Sizi əmin etmək istəyirəm
ki, bizə yaratdığınız bu şəraitdən səmərəli
istifadə edəcəyik, ölkəmizin ərzaq təhlükəsizliyinin
təmin edilməsinə öz töhfəmizi verəcəyik. Vətənimizin
iqtisadi baxımdan daha da güclü olması naminə fədakarlıqla
çalışacağıq. Çox sağ
olun, cənab Prezident.
X X
X
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2014.- 16 noyabr.- S.1-3.