Nərimanov rayonunun daha 40 məktəblisi Qarabağ bölgəsi ilə tanış olacaq

 

Noyabrın 14-də Nərimanov rayonunun məktəblilərindən ibarət 40 nəfərlik növbəti qrup “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalar layihəsi çərçivəsində Füzuli-Ağcabədi-Ağdam-Bərdə-Tərtər-Naftalan marşrutu üzrə yola salınıblar. Məktəblilərə tur boyunca bələdçi, müəllim və tibb işçisi nəzarət edəcək.

Yolasalma mərasimində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova məktəblilərin həmin bölgənin qədim tarixi, mədəniyyət abidələri, müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, Tarix-Diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər obyektləri ilə tanış olacaqlarını söyləyib.

Məktəbliləri yola salan müəllimlər və valideynlər onlara səfərlə bağlı tövsiyələrini veriblər.

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S.7.