Bu səfər heç vaxt yaddaşımdan silinməyəcək

 

“Qarabağı Azərbaycanın musiqi beşiyi adlandırırlar. Bu torpaq saysız-hesabsız tanınmış musiqiçilər yetişdirib. Bu gün biz Ağdam və Ağcabədidə muğam ifaçılarının çıxışlarını dinlədik, dahi Üzeyir Hacıbəylinin adını daşıyan Qarabağ Muğam Mərkəzi ilə tanış olduq. Burada gördüklərim məni və digər tur iştirakçılarını heyran etdi. Bizə bu şəraiti yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”

Bu sözləri AzərTAc-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Qaradağ rayon 320 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Səfayət Məsiyeva deyib.

Bildirdi ki, Qarabağ torpağı həqiqətən də qürur duymalı diyardır. Bu səfər heç vaxt yaddaşımdan silinməyəcək.

 

Azərbaycan.-2014.- 16 noyabr.- S.11.