Ekologiya və ətraf mühiti mühafizə sahəsində Azərbaycan-Belarus əməkdaşlığı məsələləri müzakirə olunub

 

Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Patskeviçin Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ilə görüşü olub.

Belarusun Azərbaycandakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, görüşdə ekologiya və ətraf mühitin mühafizəsi tematikası üzrə qarşılıqlı elmi-praktik və sənaye fəaliyyəti sahəsində Belarus-Azərbaycan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S. 4.