Sosial şəbəkələrdə sağlam gənclik uğrunda

 

Noyabrın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) “Sosial şəbəkələrdə sağlam gənclik uğrunda” layihəsinin təqdimatı keçirilib.

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, layihənin məqsədi gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etmələrinə kömək göstərməkdir.

Tədbirdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mustafa Babanlı layihənin informasiya cəmiyyətinin tələblərinə uyğun sağlam, savadlı, vətənpərvər gənc nəslin təlim və tərbiyəsində əhəmiyyətini qeyd edib.

Layihənin rəhbəri, AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Şahzadə Mədətova layihə ilə bağlı geniş məlumat verib. O, bu cür layihələrin dəstəklənməsini ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqətin nəticəsi kimi qiymətləndirib. Bildirilib ki, bu gün insanların həyatında mühüm rol oynayan sosial şəbəkələr ictimai rəyin formalaşmasında, informasiya tələbatının ödənilməsində xüsusi əhəmiyyət kəsb edir. İnternetdə Azərbaycanın informasiya resurslarının zənginləşdirilməsi, qloballaşmavirtuallaşma mühitində, o cümlədən sosial şəbəkələrdə milli maraqlarımızın qorunmasında gənclərimizin üzərinə böyük vəzifələr düşür.

AzTU-nun baş müəllimi Rasim Abdullayev internetin, sosial şəbəkələrin üstünlüklərindən, eləcə də neqativ təsirlərindən söz açıb. Qeyd olunub ki, sosial şəbəkələr yeniyetmə və gənclərin bilikinformasiya əldə etmələri üçün yeni imkanlar yaradır. Bununla belə, sosial şəbəkələrdə informasiya təhlükəsizliyi, şəxsi həyatın toxunulmazlığı, fərdi məlumatların qorunması, zərərli ideyaların yayılması kimi problemlər də meydana çıxa bilər. Gənclər bu cür problemlərdən xəbərdar olmalı, internetin zərərli təsirlərindən qorunmağı bacarmalıdırlar.

Sonda tələbələrin layihə ilə bağlı sualları cavablandırılıb.

 

Azərbaycan. - 2014.- 15 noyabr.- S.4.