Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə
Hörmətli
cənab Prezident,
Əziz
Dostum,
Ölkənizin
Milli günü münasibətilə Sizi və bütün
xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Latviya
münasibətlərinin hazırkı səviyyəsi məmnunluq
doğurur. Ölkələrimizi birləşdirən ənənəvi
dostluq əlaqələri siyasi, iqtisadi, humanitar və digər
sahələrdə səmərəli əməkdaşlığımız
üçün geniş imkanlar açmışdır.
İnanıram
ki, dostluq və əməkdaşlıq münasibətlərimizin
daha da möhkəmləndirilməsi və genişləndirilməsi
istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 15 noyabr 2014-cü il.
Azərbaycan.-2014.- 18 noyabr.- S.1.