Dövlət Bayrağı Gününə həsr olunmuş kitab aksiyası

 

Noyabrın 7-də AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutu tərəfindən Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə qürur mənbəyimiz olan dövlət bayrağımızın tarixi haqqında məlumat verilib. Burada, eyni zamanda, kitab aksiyası keçirilib. Tarix İnstitutunun əməkdaşlarının elmi əsərləri nümayiş etdirilib. Bakı Dövlət Universitetinin tələbələrinə kitablar hədiyyə olunub.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.8.