«Schneider Electric» şirkəti ARDNŞ-in NQNK layihəsi çərçivəsində daha effektiv enerji səmərəliliyi və xərclərə qənaət edilməsinə töhfə vermək üçün həll variantlarını təklif edir

 

Azərbaycanın enerji sektorunun inkişafına töhfə vermək üçün yerlixarici neft-qaz mütəxəssisləri qazanılmış bilik və təcrübələrin intensiv mübadiləsini həyata keçirmək üçün 5-6 noyabr 2014-cü il tarixdə ARDNŞ-in 2-ci NQNK forumunun keçirilməsində "Schneider Electric" şirkəti dəstək göstərib.

"Schneider Electric" şirkətinin Avropa, Orta Şərq və Afrikada həyata keçirilən İrimiqyaslı Layihələr Qrupunun bölmə rəhbəri Paolo Zunino öz təqdimatında qeyd etdi ki, hazırda yerinə yetirilən irimiqyaslı neft-qaz layihələrinin miqyası, mürəkkəbliyi və gərgin qrafiki ilkin konsepsiya və planlaşdırma, tikinti, habelə tam yerinə yetirilmə, məhsuldarlığının yoxlanıb təsdiq edilməsi və sınaqdan keçirilmədən tutmuş, istismara verilmə və nəhayət, son istifadəçilərə təhvil verilməyə kimi səmərəli icra proseslərini tələb edir. Onun sözlərinə görə, "Schneider Electric" şirkətinin iri neft-qaz emal zavodları üçün nəzərdə tutulmuş qurğuların avtomatlaşdırılması və elektrikləşdirilməsi üzrə həll variantları qlobal enerji idarəetməsi üzrə mütəxəssislərin təcrübə və bilikləri ilə daha da gücləndirilməklə, əhəmiyyətli surətdə sahibkarın ümumi xərclərinin azaldılmasına kömək edir. Qurğunun avtomatlaşdırılması planlaşdırılmış əməliyyatlara və biznes fəaliyyətlərinə nail olmaq məqsədilə, zavod və müəssisə daxilində mümkün olan məlumatların təmin edilməsinə kömək edir. Qurğunun elektrikləşdirilməsi isə həyata keçirilən əməliyyatlara dinamik surətdə uyğunlaşmaqla, enerji istifadəsi və xərcləri qorumaq və idarə etməklə yanaşı, onları idarə edir.

NQNK layihəsi çərçivəsində illik istehsal gücü 12 milyrd. kubmetr olan qaz emalı zavodunun və ildə 860 min ton polimer (yüksək və aşağı sıxlıqlı polietilenpolipropilen) istehsalını nəzərdə tutan əsas polimerlər üzrə neft-kimya zavodunun tikintisi planlaşdırılır. Kompleks üçün planlaşdırılmış kommunal, köməkçi avadanlıqlar və sahədən kənar obyektlər avtomatik elektrik stansiyasının tikintisini ehtiva edəcəkdir. Kompleks Bakı şəhərindən 60 km məsafədə yerləşəcək və 2020-ci ildə Layihələndirmə, tikinti və tədarük ilə bağlı işlərinin tamamlanması və 1-ci mərhələ üzrə zavodların istismara verilməsi nəzərdə tutulub.

Forum ARDNŞ-in NQNK layihəsinin inkişafı barədə etibarlı və ətraflı məlumatlar, eləcə də bazara dair daha çox biliklər əldə etmək, habelə layihədə iştirak edən tərəflərlə birbaşa danışıqlar aparmaq baxımından həm yerli, həm də xarici şirkətlər üçün mühüm əhəmiyyət kəsb edib.  

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.7.