Multikulturalizm səhnə sənətində vacib faktora çevrilir

 

Son illər Bakı bir çox beynəlxalq tədbirə ev sahibliyi edir. Əlbəttə, bu, nəinki ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlıdır, eyni zamanda Azərbaycanın avropalıların nəzərlərində bəşəriyyətin mədəniyyət mərkəzlərindən birinə çevrildiyinin təsdiqidir.

Artıq üçüncü dəfədir ki, paytaxtda müasir dövrün teatr problemlərinə həsr olunan beynəlxalq konfrans keçirilir. Bu konfranslar çərçivəsində Azərbaycan dramaturqlarının əsərləri İngiltərə, ABŞ, Çin, RusiyaYaponiyada səhnəyə qoyulub. Son səkkiz ildə 23 xarici ölkədən dəvət olunmuş rejissorlar Azərbaycan teatrlarında tamaşalar hazırlayıb və ölkəmizi təmsil edən 25 teatr kollektivi xarici ölkələrdə qastrolda olub. Onu da deyək ki, son dövrlərdə də keçirilən belə tədbirlər 140 illik Azərbaycan teatr tarixində mühüm yer tutur.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Dövlət Musiqili Teatrında "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusuna həsr edilən Üçüncü Bakı Beynəlxalq Teatr Konfransının açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının inkişaf yolundan söz açdı. Nazir konfransın dünyanın səhnə sənətində, eləcə də Azərbaycanın mədəni həyatında önəmli hadisə olduğunu diqqətə çatdırdı. O belə tədbirlərin Azərbaycan dövlətinin mədəni inteqrasiya, multikulturalizm kimi dəyərləri yüksək qiymətləndirməsinə əyani sübut olduğunu söyləydi.

Xatırladaq ki, ikigünlük tədbir "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən 2010-cu ildə əsası qoyulmuş konfransın davamıdır və beynəlxalq statusludur. Beynəlxalq konfransda 40-dan artıq ölkədən səhnə sənətinin 110-dan çox mütəxəssisi - teatr tənqidçiləri, rejissorlar, dramaturqlar, baletmeysterteatr rəssamları iştirak edirdi. Tədbirdə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (CAR), Beynəlxalq Kukla Teatrları Assosiasiyası (Fransa), Beynəlxalq Teatr İnstitutu (Kanada), Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı (Hollandiya), Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının (İrlandiya) rəhbər şəxsləri təmsil olunurdular.

Üçüncü Bakı Beynəlxalq Teatr Konfransında dünyanın səhnə sənətinin inkişafı ilə yanaşı, onlardakı mövcud problemlərə də aydınlıq gətirilməsi və çıxış yollarının araşdırılması vacib hesab edildi. O da xüsusi olaraq bildirildi ki, aktuallığı ilə seçilən, eyni zamanda tarixi mahiyyət daşıyan mövzu qloballaşma dövründə xalqlararası və dinlərarası mədəni əlaqələr baxımdan da diqqətçəkəndir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən ilk treninqdə "Teatr postqeyri-klassikamultikulturalizm şəraitində" mövzusunda məruzə ilə çıxış edən Ukrayna Milli İncəsənət Akademiyasının üzvü Nelli Korniyenko bildirdi ki, müasir dövrdə teatrşünaslıq təkcə səhnə sənətindən bəhs edən elm kimi qəbul edilməməlidir: "Postqeyri-klassik zaman-məkanın teatr dili aktiv şəkildə dilə inamsızlıq nümayiş etdirərək onu əhəmiyyətli dərəcədə dəyişdirərək vizual dil kodlarını gücləndirir. Digər bir mövzu isə teatrın nanotexnologiyalardan istifadəsidir ki, bu gün teatrlar bundan kiçikestetik şəkildə istifadə edirlər. Bu istifadə isə inqilab şəklində baş verir. Postqeyri-klassikmultikulturalizm şəraitində teatrın strateji xətlərindən biri psixologizm səviyyəsinin endirilməsi və bütün spektr üzrə psixoloji teatr proqramlarının məhdudlaşdırılmasıdır".

Konfrans çərçivəsində Böyük Britaniyanın "Tumult in the Clouds" teatrının bədii rəhbəri, ssenarist və bəstəkar Patrik Kanninin rejissoraktyorlarla görüşü keçirildi. O, ölkəmizə ilk dəfə gəldiyini və Azərbaycan teatrı haqqında məlumatsız olduğunu deyərək treninqin sual-cavab şəklində keçirilməsini təklif etdi. P.Kannin bu prosesin Azərbaycanda inkişaf etməsini arzuladığını bildirdi. Yeni üslubda hazırlanan (teatr binası olmayan məkanlar, küçə və s.) tamaşalara gənc nəslin böyük maraq göstərdiyini deyən rejissor teatrın gələcək inkişafı üçün bütün variantlardan istifadənin vacibliyini vurğuladı.

Məsələyə mütəxəssislər tərəfindən münasibət və yanaşmalar müxtəlif olsa da, məram baxımından hamısı bir nöqtədə birləşir: mədəniyyətlərarası dialoqmultikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi və prioritetlərindəndir. Mədəniyyət və turizm nazirinin müavini, tədbirin təşkilat komitəsinin sədri Ədalət Vəliyevin fikrincə, Üçüncü Bakı Beynəlxalq Teatr Konfransı mövzusuna və miqyasına görə əvvəlkilərdən xeyli fərqlənir: "Dünyanın məşhur teatr, incəsənət xadimləri - rejissorlar, aktyorlar, keçmiş mədəniyyət nazirləri, ssenaristlər, bir neçə ölkənin teatr xadimləri ittifaqlarının, beynəlxalq teatr festivallarının rəhbər şəxsləri, eləcə də müxtəlif ölkələrin teatrlarının rəhbərləri bu konfransda iştirak etmək üçün müraciət etmişdilər".

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov hesab edir ki, müzakirə edilən məsələlər dünya, o cümlədən bizim teatrlar üçün olduqca əhəmiyyətlidir. Ona görə də teatrların yeni inkişaf mərhələsinə qədəm qoymasında adıçəkilən beynəlxalq konfransın tarixi əhəmiyyəti danılmazdır. Bu, həmçinin Azərbaycan teatr sənətinin və mühitinin dünya səhnəsi mütəxəssisləri tərəfindən yerində öyrənilməsi və qarşılıqlı fikir mübadiləsi baxımından da zəruridir. Çünki teatr mütəxəssisləri Bakıdakı teatrların fəaliyyəti ilə maraqlanırlar. Onlar Azərbaycan səhnəsinin tarixibu günü barədə zəngin təəssürat toplamaq üçün teatrlarda olacaq, tamaşalara baxacaqlar.

Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovun da III Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyəti barədə fikirləri orijinal və diqqətçəkəndir: "Düşünürəm ki, konfransda müxtəlif ölkələrin teatr xadimləri ilə təmas imkanı bizə daha geniş arealda beynəlxalq teatr əlaqələri qurmaq üçün perspektivlər açır. Ötən iki konfrans kimi, budəfəki də Azərbaycan teatrı üçün son dərəcə səmərəli olacaq".

Azərbaycanda teatr sənətinin nümayəndələri ilə sıx dostluq münasibətləri qurduğunu söyləyən Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) baş katibi Jak Trüdo dedi ki, biz ümumi çağırışları, həyata keçirə biləcəyimiz layihələri birgə müzakirə edəcəyik: "Şübhəsiz ki, bu beynəlxalq konfrans zamanı bəşəri dəyərlər kontekstində müzakirəyə çıxarılan məsələlər çağdaş teatrın inkişafı, yenilənməsi baxımından hamımız üçün faydalı olacaq".

Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti xanım İvet Hardi də multikulturalizmlə bağlı zəngin fikir mübadiləsinin aparıldığından məmnun qaldığını qeyd edərək müzakirə olunan məsələlərin dünya teatr prosesinə müsbət təsir göstərəcəyini bildirdi.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev qeyd etdi ki, bu gün həqiqətən də Azərbaycan hər bir ləyaqətli dünya vətəndaşı üçün multikultural məkana çevrilib. Onun sözlərinə görə, Azərbaycan bu gün öz multikultural həyatını, təhlükəsizliyini yaradır və onun prinsiplərini müəyyənləşdirir: "Multikulturalizm anlayışını həm bəşəri, həm də milli dəyərlərin eyni vaxtda mövcud olması kimi səciyyələndirmək olar. Bunu ən gözəl və əyani surətdə həyata keçirən məkan isə teatrdır. Multikultural dəyərlərlə yaşadığımızı bizə teatr hiss etdirir".

Noyabrın 6-da başa çatan, mühüm olduqca vacib bir mövzuya həsr olunan konfransın Bakıda keçirilməsini mütəxəssislər yüksək dəyərləndirdilər. Çünki bu tədbir Azərbaycan mədəniyyətinin, o cümlədən teatrının bəşəri arenaya inteqrasiyası baxımından olduqca vacibdir.

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.7.