Azərbaycan Kooperasiya Universiteti və Bakı BiznesKooperasiya Kollecinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Kooperasiya Universiteti və Bakı BiznesKooperasiya Kollecinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Ataşov Bəyalı Xanalı oğlu

Əliyev Vilayət Abbas oğlu

Hacıyev Əhəd Yusif oğlu

Həsənova Əminə İbrahimxəlil qızı

Quliyeva Fatimə Ağayar qızı

Qurbanova Gülnarə İbrahim qızı

Şükürov Tahir Şükür oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 18 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 19 noyabr.- S.1.