Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə

 sədrliyi dövründə mühüm töhfələr verdi

 

 

Noyabrın 13-də Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi başa çatdı. Ölkəmiz sədrliyi Belçikaya təhvil verdi və 6 aylıq sədrliyi müddətində Avropa Şurasının məqsədlərinin təşviq edilməsində əhəmiyyətli səylər göstərdi.

Avropa Şurasının gündəliyindəki aktual məsələləri və üzv dövlətlərin qarşılaşdığı davamlı çağırışları nəzərə almaq Azərbaycanın sədrliyinin prioritetləri idi. Hətta Avropa Şurası Baş katibinin müavini Qabriella Battaini-Draqoni bildirdi ki, Azərbaycan sədrliyi dövründə çox önəmli sahələrə diqqət yetirib. İdman oyunlarının manipulyasiyasına dair Konvensiya məhz Azərbaycanın sədrliyi dövründə imzalanıb.

Məsələ ilə bağlı fikirlərini bildirən ekspertlər, deputatlar da hesab edirlər ki, Azərbaycanın ümumilikdə quruma sədrliyi uğurlu olub.

Milli Məclisin Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurasının İşgəncələrin qarşının alınması üzrə komitəsinin sədri Lətif Hüseynov bildirdi ki, Azərbaycanın AŞ NK-ya sədrliyi çox uğurlu alınıb. Çünki 6 ay ərzində ölkəmiz Avropanın tərkib hissəsi olan müstəqil Azərbaycan dövlətinin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinə sadiq olduğunu və AŞ ilə, eləcə də bu təşkilata daxil olan dövlətlərlə öz münasibətini bu qurumun prinsipcə məqsədlərinə uyğun qurduğunu sübut etdi. Təbii ki, bu qurumun hamılıqla qəbul edilmiş normalarına məhəl qoymayan təcavüzkar Ermənistan burada istisna təşkil edir: “Azərbaycan sədrliyi dövründə bütün Avropa məkanında Avropa Şurasının nizamnaməsinin yerinə yetirilməsi üçün birgə səylərin göstərilməsinə xüsusi önəm verib. İkili standartların Avropa Şurasının prinsiplərinə zidd olduğunu bəyan edibbu qurumun nəzərinə çatdırılıb ki, Avropa institutları öz fəaliyyətlərində obyektivlik, qərəzsizlik prinsiplərini əsas götürməlidirlər”.

Lətif Hüseynov daha sonra dedi ki, 6 ay müddətində Azərbaycan bütün Avropa üçün aktual əhəmiyyət kəsb edən bir sıra məsələləri Avropa Şurasının gündəminə gətirib. Korrupsiyaya qarşı mübarizə, mədəniyyətlərarası dialoq, gənclər və təhsil siyasəti bu məsələlər sırasındadır. Bu məqsədlə Bakıda və digər rayonlarda bir sıra mühüm beynəlxalq tədbirlər keçirilib. Dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət”in fəaliyyəti ilə bağlı qabaqcıl təcrübənin digər Avropa ölkələrində yayılması və bunun üçün müvafiq beynəlxalq platformanın yaradılması barədə Azərbaycanın irəli sürdüyü təklif xüsusi olaraq qeyd edilməlidir.

L.Hüseynovun fikrincə, 6 ay müddətində Azərbaycan Avropa Şurası ilə digər qonşu bölgələr və təşkilatlar arasında əməkdaşlığın möhkəmlənməsi məsələsinə xüsusi əhəmiyyət verib: Avropa Şurası Nazirlər Komitəsində Azərbaycanın sədrliyi dövlət başçısı cənab İlham Əliyevin 10 il bundan öncə Avropa Şurası Parlament Assambleyasındakı çıxışı zamanı dediyi “Azərbaycan Avropa Şurasının dəyərli üzvü olacaqdır” sözlərinin bu gün artıq gerçəkliyə çevrildiyini bir daha nümayiş etdirdi”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə dedi ki, Azərbaycan AŞ NK-də özünü çox yaxşı göstərib, dünyada qazandığı imicini bir qədər də yaxşılaşdırıb: “Bu fürsətdən lazımınca yararlanmalı idik və yararlandıq da. Göstərdik ki, Azərbaycan artıq oturuşmuş dövlətdir. Fəaliyyətimiz zamanı Avropa Şurası qarşısında duran ən mühüm məsələlərə toxunduq və onların həllinə öz töhfəmizi verdik. Nazirlər Komitəsinin sədri kimi, Azərbaycan cari məsələlərin həllində operativliyini və məsələyə yanaşmada yüksək professionallığını nümayiş etdirdi. Sədrliyimiz müddətində digər aktual problemlər də qaldırıldı. Qarşıda duran ən vacib məsələlər Avropanın təhlükəsizliyinin təmin olunması, insan hüquq və azadlıqlarının bütün Avropada bərqərar olması və s. idi. Bundan əlavə, Avropadabütün dünyada aktual olan məsələlər müzakirə olundu. Azərbaycan vacib məsələləri gündəliyə sala bildi və onların həllinə öz töhfəsini verdi”.

Deputat axırda dedi ki, ölkəmizin sədrliyi haqqında deyilən mənfi fikirləri normal qəbul edirəm. Demokratik dünyada yaşayırıq və Azərbaycan da onun bir parçasıdır. Kimlərinsə ölkəmizin fəaliyyətinə başqa bucaq altında baxmasını hamı sakitnormal qarşılamalıdır. Elə qurduğumuz dövlətin fəlsəfəsi də demokratiyadır. Nazirlər Komitəsinə sədrliyimiz dövründə də məhz bu dəyərlərə söykənmişik.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə bildirdi ki, 6 ay müddətində Avropa Şurasının gündəliyindəki aktual məsələləri və üzv dövlətlərin qarşılaşdığı davamlı çağırışları nəzərə almaq Azərbaycanın sədrliyinin prioritetləri olub. Sədrlik dövründə korrupsiyaya qarşı mübarizə əsas vəzifələrdən birini təşkil edib. İyunun 30-dan iyulun 1-dək Bakıda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlarmilli təcrübələr üzrə konfrans təşkil edilməklə Avropa Şurasının səylərinə töhfə verilib. Sentyabr ayında Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan qabaqcıl təcrübələrin mübadiləsi üçün dövlət xidmətlərini göstərən agentliklərin beynəlxalq platformasının yaradılması təklifini irəli sürüb.

Deputat Azərbaycanın ümumilikdə sədrliyinin uğurlu olduğu qənaətindədir: “Nazirlər Komitəsinə sədrlikdən öncə, cənab Prezident İlham Əliyev Avropa Şurasının yaz sessiyasında iştirak etdionun çıxışı Azərbaycanın yüksək təqdimatı rolunu oynadı. Biz göstərdik ki, Azərbaycanın Avropaya deməyə sözü çoxdur. Təəssüf ki, orada da ölkəmizə qarşı qərəzli davranışların və sualların verilməsinin şahidi olduq. Amma cənab Prezident həmin suallara da layiqincə cavab verdi və kimlər üçünsə qaranlıq qalan məqamlara aydınlıq gətirdi. Ölkəmiz sədr olduğu müddətdə quruma bir çox dövlətlərlə müqayisədə daha yaxşı sədrlik etdi”.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 19 noyabr.-  S.7.