Azərbaycan Respublikası hökuməti ilə Moskva hökuməti arasında anlaşma və əməkdaşlıq haqqında memorandumun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası hökuməti ilə Moskva hökuməti arasında anlaşma və əməkdaşlıq haqqında 2014-cü il sentyabrın 25-də Bakı şəhərində imzalanmış memorandum təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsində göstərilən memorandumun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 17 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 20 noyabr.- S.3.