«Balıqçılıq haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 362; 2002, ¹ 5, maddə 241; 2004, ¹ 2, maddə 57; 2007, ¹ 10, maddə 938; 2014, ¹ 8, maddə 959) aşağıdakı dəyişikliklər edilsin:

1. 20-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 20. Dövlətin balıqmühafizə və akvakultura sahəsində vəzifələri

Dövlətin balıqmühafizə və akvakultura sahəsində vəzifələri aşağıdakılardır:

balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsini təmin etmək;

balıq və digər su bioresurslarının artırılması, bərpası, istifadəsi, mühafizəsi və qorunması sahəsində hüquqpozmaların qarşısını almaq və onları aradan qaldırmaq;

akvakulturanın inkişafını təmin edən dövlət, regionalyerli proqramlar hazırlamaq;

akvakultura subyektlərinin bu qanunun tələblərinə uyğun fəaliyyət göstərməsinə köməklik etmək;

balıq və digər su bioresurslarının ovunun, habelə  akvakultura subyektinin fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya ona xitam verilməsi hallarını və qaydasını müəyyən etmək.

Təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının qorunmasına, onların ovunun tənzimlənməsinə, bərpasına və balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə, habelə akvakultura qaydalarına riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.".

2. 21-ci və 22-ci maddələr ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 28 oktyabr 2014-cü il

Azərbaycan.-2014.- 20 noyabr.- S.3.