Azərbaycanın baş prokuroru Beynəlxalq Antikorrupsiya

 Akademiyası Assambleyasının sədri seçilib

 

 

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) Assambleyasının növbəti il üçün sədri seçilib.

AzərTAc xəbər verir ki, baş prokuror bu vəzifəyə noyabrın 19-da Bakıda işə başlayan IACA-nın üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının üçüncü sessiyasında seçilib.

Azərbaycanın baş prokuroru Assambleyanın sədri vəzifəsində Tailand Krallığı Milli Antikorrupsiya Komissiyasının prezidenti Panthep Klanaronqranı əvəzləyib.

 

Azərbaycan.-2014.- 20 noyabr.- S.6.