Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

 əməkdaşlarına fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ədliyyə orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

“Əməkdar hüquqşünas

Musayev Toğrul Sirac oğlu

 

“Əməkdar həkim”

Hüseynov Füzuli Fazil oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 20 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 21 noyabr.- S.2.