M.M.Əliyevin Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasında və Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasında və Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 20 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 21 noyabr.- S.2.