Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsi ilə bağlı Astara Rayon Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-nə təyin edilmiş iclasında baxılacaq.

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.4.