2015-ci ildə yaşayış minimumuehtiyac meyarı artırılacaq

 

Dünən Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İclasda Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi, İqtisadiyyat və Sənaye Nazirliyinin, Vergilər Nazirliyinin nümayəndələri iştirak edirdilər.

Adı çəkilən komitənin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə 3 məsələ daxildir. Bunlar  "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri idi.

Öncə "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi barədə fondun rəhbəri Elman Mehdiyev məlumat verdi. Bildirdi ki, fondun 2015-ci ildəki gəlirləri 3 milyard 56 mln manat həcmində proqnozlaşdırılır. Bu, 2014-ci il ilə müqayisədə 127,8 mln manatya 4,4 faiz çoxdur. Gəlirlərin 63,8 faizini  ya 1 mlrd 950 mln manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu da 2014-cü ilin proqnozuna nisbətən 9,5 faizya 169,8 mln manat çoxdur. Gələn ilki proqnozlara əsasən daxilolmaların 64,2 faizi qeyri-büdcə təşkilatlarının payına düşəcək. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 698,9 mln manat, gözlənilən sair daxilolmalar 6,1 mln manat təşkil edəcək.

İcmal büdcənin tərkib hissəsi olan DSMF-nin büdcəsinin xərcləri 3 milyard 56 mln 3 yüz min manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 127,8 mln manat,  2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə isə 468 mln manat çoxdur.  DSMF sədrinin sözlərinə görə, gələn il üçün dövlət büdcəsindən fonda transfer 1 milyard 100 milyon manat nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə 42 milyon manat azdır.

Müzakirələrdə iştirak edən deputatlar Yaqub Mahmudov, Əhliman Əmiraslanov, İlham Məmmədov, Elmira AxundovaMilli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev çıxış edərək təkliflərini səsləndirdilər. Deputatlr sənədin mükəmməl hazırlandığını və müzakirə olunması üçün parlamentin plenar iclasının gündəliyinə daxil edilməsinin vacibliyini vurğuladılar.

Sonra iclasda yaşayış minimumuehtiyac meyarının həddi ilə bağlı sənədlər barədə komitə sədri Hadi Rəcəbli məlumat verdi. Bildirdi ki, gələn il üçün yaşayış minimumu 4,8 faiz artırılır. Onun sözlərinə görə, 2015-ci il üçün yaşayış minimumu 131 manat nəzərdə tutulub. 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat olacaq. "2015-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 105 manat məbləğində nəzərdə tutulub. 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində idi.

Hər 3 sənəd deputatlar tərəfindən müsbət qiymətləndirildi və Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

R.BAXŞƏLİYEV

 

Azərbaycan. - 2014.- 8 noyabr.- S.4.