Qrant haqqında” Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I  hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Qrant haqqında” Azərbaycan  Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 366; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 12, maddə 706; 2003,  ¹ 1, maddə 1; 2009, ¹ 8, maddə 611; 2013, ¹ 3, maddə 215; 2014, ¹ 2, maddə 82) aşağıdakı dəyişikliklər edilsin:

1.   1-ci maddəyə aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Sub-qrant - qrant müqaviləsi (qərarı) üzrə alınmış vəsaitdən həmin müqavilədə (qərarda) resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə bu müqavilənin (qərarın) icrası məqsədi ilə ayrıca qrant müqaviləsinə (qərarına) əsasən verilən vəsaitdir.”.

2.  4-cü maddənin 4-1-ci hissəsində “tələblər” sözündən sonrasub-qrantlara və” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 28 oktyabr 2014-cü il

Azərbaycan.-2014.- 22 noyabr.- S.4.