“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının QanununuTerrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli 921-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 2, maddə 58; 2010, ¹ 3, maddə 178, ¹ 4, maddə 276; 2011, ¹ 12, maddə 1104; 2013, ¹ 11, maddə 1274; 2014, ¹ 2, maddə 81) 1.0.4-cü maddəsinə “214,” rəqəmlərindən sonra “214-2, 214-3,” rəqəmləri, “219-1,” rəqəmlərindən sonra “226, 227,” rəqəmləri əlavə edilsin, “və 282-ci” sözləri “, 282 və 283-1-ci” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 oktyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S.2.