Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmişSu obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 368                                    Bakı şəhəri, 19 noyabr 2014-cü il

 

 

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 1998, ¹ 10, maddə 637; 2001, ¹ 10, maddə 663; 2004, ¹ 3, maddə 193; 2005, ¹ 1, maddə 49, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370, ¹ 5, maddə 463, ¹ 9, maddə 822; 2009, ¹ 1, maddə 32; 2012, ¹ 5, maddə 482) ilə təsdiq edilmişSu obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bəndin altıncı abzasında “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.

2. 1.7-ci bənddə “təbiəti mühafizə edən” sözləri “ətraf mühiti mühafizə edən” sözləri ilə, “balıq ehtiyatlarını” sözləri “balıq və digər su bioresurslarını” sözləri ilə əvəz edilsin.

3. 2.5-ci bəndin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

“balıq və digər su bioresurslarının həvəskar ovu;”.

4. 2.6.14-cü yarımbəndin on üçüncü abzasında “balıq” sözü “balıq və digər su bioresurslarını” sözləri ilə əvəz edilsin.

5. 2.8-ci bəndin birinciikinci abzaslarında, 3.6-cı bənddə “həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının həvəskar ovu” sözləri ilə, 3.1-ci bəndin üçüncü abzasında və 3.6-cı bənddə “idman-balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman ovu” sözləri ilə, 3.6-cı bənddə “həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.

6. 3.5.18-ci bəndin yeddinci abzasında “balıq ovunda” sözləri “balıq və digər su bioresurslarının ovunda” sözləri ilə əvəz edilsin.

7. 4.9.5-ci yarımbənddə “təbiəti və balıq ehtiyatlarını mühafizə edən” sözləri “ətraf mühitin mühafizəsinə dövlət nəzarətini və balıq mühafizə xidmətini həyata keçirən” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S. 4.