Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf edir

 

Azərbaycan və Serbiya arasında əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edir və qarşılıqlı səfərlər, keçirilən görüşlər əməkdaşlığın genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.

Bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev noyabrın 21-də Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiçlə görüşü zamanı deyib.

Nazirlikdən AzərTAc-a bildiriblər ki, ölkəmizə səfir təyin olunması münasibətilə N.Rodiçi təbrik edən nazir ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyi vurğulanıb.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

N.Rodiç ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.

Azərbaycan və Serbiya əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

 

Azərbaycan.-2014.- 22 noyabr.- S.6.